Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək – SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Read More »

Babasının vəsiyyəti ilə Laçına qayıdan gənc: “Ömrümün sonuna qədər burada yaşamaq istəyirəm”

“Həmişə gözləyirdim ki, Laçın işğaldan azad olunsun və biz doğma yurdumuza qayıdaraq ömrümüzün sonunadək burada yaşayaq”. Bu fikirləri “Report”a açıqlamasında 19 yaşlı Laçın sakini Nuran Əliyev deyib. Gənc sakin ona Laçın sevgisini babası Valodya Əliyevin aşıladığını bildirib: “Babam vəfat etməzdən 6 ay öncə mənə Laçına qayıtmağımı və burada yaşamağımı vəsiyyət etdi. Həmin vaxt babamdan Laçına qayıdıb-qayıtmayacağını soruşmuşdum. Babam isə sualıma cavabında …

Read More »

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

“Biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib. Onun sözlərinə görə, Ermənistana silah təchiz edən Fransa …

Read More »

Deputat: “Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq”

“Dəmir yumruq” bizi Qarabağa qaytardı, Prezidentin dəmir iradəsi isə Qərbi Azərbaycana qaytaracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası Vətən müharibəsindəki qələbədən sonra reallaşmağa başladı: “Ona qədər hamımızın bir fikri …

Read More »

Prezident antiterror əməliyyatından danışdı

Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib. “Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq …

Read More »

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilir. Boyukmillet.com xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edirlər. Tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin …

Read More »

Dövlət başçısı: “Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmayıb”

Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib. “Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq …

Read More »

Qərbi Azərbaycan İcması Jozep Borrelə cavab verib: “Hiddətimizi ifadə edirik”

Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, J.Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib: “Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və …

Read More »

Prezident Şuşa-Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayırıb

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin …

Read More »

Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir

“Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adı verilsin”. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib. Deputat bildirib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunması əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhərmanlarının monumenti yerləşdirilsin.

Read More »