Cümə , 22 Noyabr 2024

Daxili siyasət

İƏT nümayəndə heyəti Azərbaycana gəlib, Ağdam, Füzuli və Gəncədə faktaraşdırıcı missiya keçirəcək

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirmək məqsədilə Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali …

Read More »

Qərbi Azərbaycan Xronikası: Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?

“Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, “Ermənilərin despot cəmiyyəti – unutdurulmuş həqiqət” adlı süjetdə Ermənistanın demokratikləşməsinin ermənilər və oranın didərgin salınmış vətəndaşları olan qərbi azərbaycanlılara faydalı olacağına dair məlumat verilib. Bildirilib ki, 44 günlük müharibə Ermənistana, havadarlarına və bir sıra xəyalpərəst ermənilərə Qarabağın əsl sahibinin kim olduğunu göstərdi: “Ermənistanın təhlükəsizliyi ordudan, hərbçilərindən, ölkəyə …

Read More »

Bakıdan Xankəndiyə 40 ton un məmulatları aparan humanitar yardım karvanı Ağdama çatıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Ağdama çatıb. Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir. Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının …

Read More »

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardımı yola salıb

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. “Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Ümid edirik ki, bu addım Xankəndidə …

Read More »

Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı beynəlxalq təqaüd proqramının qalibi olub

Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı nüfuzlu beynəlxalq təqaüd proqramının qalibi olub. Boyukmillet.com xəbər verir ki, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində (Kembric Universitetinin Beynəlxalq Trust təqaüd proqramı ilə birgə) qabaqcıl ali təhsil müəssisəsi Böyük Britaniyanın Kembric Universitetinin hüquq üzrə magistr proqramına tam təqaüdlə qəbul olub. Qeyd edək ki, …

Read More »

Prezident Kəlbəcər üçün 80 milyon ayırdı

Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə …

Read More »

İcma: BMT ekspertləri münasibət ifadə etdikləri məsələdən tamamilə bixəbərdirlər

“Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə bir qrup ekspertinin 2023-cü il 7 avqust tarixli qərəzli bəyanatını qınayır”. Boyukmillet.com xəbər verir ki, bu, İcmanın yaydığı bəyanatda öz əksini tapıb. “Blokada”, “humanitar böhran” kimi uydurma məqamların öz əksini tapdığı bəyanatın məzmunu onu deməyə əsas verir ki, BMT ekspertləri münasibət ifadə etdikləri məsələdən tamamilə bixəbərdirlər. BMT-nin insan hüquqları üzrə ekspertlərinin Davranış Məcəlləsinə (Code …

Read More »

Prezident 102 kilometrlik Gəncə-Qazaxbəyli avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prezident Administrasiyasına yeni tapşırıq verilib

Prezident Administrasiyasına yeni tapşırıq verilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik …

Read More »