Şənbə , 18 May 2024
Drone Cameras

Məzahir Pənahov: “Bir zamanlar separatçıların olduğu binada seçki məntəqəsi yaratmışıq”

Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi.

Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

“Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda ayrıca məntəqələr yaratmışıq, mediadan bu əraziləri diqqətdə saxlamağı xahiş edirik. Orada gedən prosesləri, düşünürəm ki, indidən ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Beynəlxalq ictimaiyyət görməlidir ki, əslində, yerində olan vəziyyət çox fərqlidir”, – MSK sədri qeyd edib.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …