Çərşənbə , 7 May 2025

Daxili siyasət

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olunub

“Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan …

Read More »

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək

“Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 …

Read More »

Bu gün Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçiriləcək

Bu gün Azərbaycan sərhədini pozduğuna görə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın məhkəmə prosesi baş tutacaq. Boyukmillet.com-un məlumatına görə, məhkəmə prosesi saat 10:00-da Bakı şəhəri Sabunçu rayon Məhkəməsində keçiriləcək. Qeyd edək ki, iş üzrə 5 nəfər zərərçəkən var. Bunlar Hüseyinzadə Elvin Malik oğlu, Məmmədov İsrafil Vidadi oğlu, Daşdəmirov Xəyal Qafqaz oğlu, Kərimov Əli Raif oğlu və İsmayılov Tofiq Valeh oğludur. …

Read More »

İcma: BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi cəfəng iddialarla çıxış edib

BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış etmişdir. Boyukmillet.com xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. “İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir. …

Read More »

İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir

Ermənilərin “Arte” telekanalındakı fikirləri onların Azərbaycana qarşı etnik nifrətini sübut edir. Boyukmillet.com xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb. “Fransız-alman “Arte” telekanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb. Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan …

Read More »

Deputat: “Ermənistan yenə nələrəsə hazırlaşır, ona görə də biz daha güclü olmalıyıq”

“Biz 300 illik ədalətsizliyə son qoymuşuq. Amma hələ heç də hər şey bitməyib. Çünki Ermənistan yenə də nələrəsə hazırlaşır. Ona görə də biz daha güclü olmalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu gün …

Read More »

Baş nazir Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə tapşırıq verib

Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapşırıq verib. Boyukmillet.com-un xəbərinə görə, Baş nazir bununla bağlı “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla …

Read More »

Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur. Boyukmillet.com xəbər verir ki, Dubayda dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və …

Read More »

PA rəsmisi: “İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq”

“İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev parlamentdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib. “Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə …

Read More »