Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib. Ombudsman Aparatından  daxil olan məlumatda deyilir: “İnsan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin bundan irəli …

Read More »

Naxçıvan Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, müvafiq qərarla nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib. Yeni tərkibdə muxtar respublikanın səhiyyə naziri kollegiyanın sədri, onun birinci müavini və digər müavini, eləcə də nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kollegiyanın üzvləri kimi təsdiq olunub.

Read More »

İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası təsdiqlənib

Nazirlər Kabineti “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” (Qayda) “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və …

Read More »

QHT-lər Dövlət Departamentinin illik hesabatına etiraz edib – BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT) ABŞ Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına etiraz edərək bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə bəyanatda deyilir: “Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqa bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub.Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və …

Read More »

Prezident: “Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi”

Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edərkən deyib. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif …

Read More »

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Boyukmillet.com xəbər verir ki, hazırda sessiya davam edir. Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları …

Read More »

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Bu barədə Boyukmillet.com  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir. Bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən …

Read More »

Prezident mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More »