Bazar , 19 May 2024
Drone Cameras

Məzahir Pənahov ATƏT missiyasını növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı məlumatlandırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, MSK sədri missiya nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovu salamlayaraq, görüşdən məmnunluğunu bildirib.

M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib.

Səmimi qəbula görə minnətdarlıqlarını ifadə edən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ölkəmizin seçki sistemi və seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər, habelə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqların gedişi ilə maraqlanıblar.

Qonaqların suallarını cavablandıran sədr M.Pənahov qarşıdan gələn seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlardan danışıb, nəzərdə tutulan genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntəqələrinin yaradılması və səsvermənin təşkili barədə onları məlumatlandırıb.

Görüşdə çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir 

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …