Çərşənbə , 1 Yanvar 2025

Digər ölkələr

ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir. Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür …

Read More »

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı Belarusa qarşı sanksiyaların tətbiqini, o cümlədən bu ölkəyə silah və ikili təyinatlı avadanlıqların tədarükünə tam embarqonun qoyulması imkanlarını müzakirə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü “RMF” radiostansiyası məlumat yayıb. İndi Almaniya digər ölkələrin dəstəyi ilə Belarusa qarşı sərt sanksiyaların tətbiqinə qarşı çıxırlar. Bunan səbəb isə Belarus Silahlı Qüvvələrinin fiziki olaraq Ukrayna münaqişəsində iştirak etməməsidir. Lakin …

Read More »

Almaniya və Fransa sərhədlərini birgə qoruyacaq

Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər. Boyukmillet.com-un məlumatına görə, Parisdə müvafiq sazişi Almaniyanın daxili işlər naziri Nensi Fezer və onun fransalı həmkarı Jerald Darmanin imzalayıb. Qeyd olunub ki, Almaniya-Fransa opertaiv qrupundan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərin təhlükəsizilyini təmin etmək üçün və birgə sərhəd nəzarəti əməliyyatlarında …

Read More »

ABŞ Ədliyyə Nazirliyi Baydenin evində daha altı məxfi sənəd tapıb

ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinə baxış keçirərkən yeni məxfi sənədlər toplusu aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkə liderinin vəkili Bob Bauer məlumat verib. Onun sözlərinə görə, yoxlama cümə günü gerçəkləşdirilib. Xüsusilə “məxfilik qeydləri ilə” altı sənəd tapılıb. Onlar Baydenin senator və vitse-prezident olduğu dövrlərə aiddirlər.

Read More »

G7-nin xarici işlər nazirləri Münhendə görüşəcək

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri fevralda Rusiya-Ukrayna müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində birlik əlaməti olaraq birgə iclas keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Japan Today” nəşri məlumat yayıb. Yüksək səviyyəli diplomatların 2023-cü ildə ilk görüşü fevralın 17-dən 19-dək keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq. İclasa Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi sədrlik edəcək. Planlaşdırılan görüşdə …

Read More »

Bayden: “Kiyev Qərbdən bütün lazımi yardımı alacaq”

“Kiyev Qərbdən bütün lazımi yardımı alacaq”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib. Amerika lideri Ağ Evdə jurnalistlərə Polşanın Almaniya və digər Qərb ölkələrinin Kiyevə tankların verilməsi ilə bağlı çağırışını dəstəkləyib-dəstəymədiyini soruşduqda “Ukrayna lazım olan bütün köməyi alacaq”, – deyə əmin edib. Qeyd edək ki, “Süddeutsche Zeitung” qəzeti mənbələrə istinadən xəbər verib ki, Almaniya kansleri Olaf …

Read More »

ABŞ Şimali Koreyadan Rusiyaya silah ixracı ilə bağlı məlumatları BMT-yə təqdim edib

Amerika Birləşmiş Ştatları BMT-nin sanksiya komitəsinə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Rusiyaya silah tədarükünü özündə ehtiva edən məlumatları təqdim edib. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Daha əvvəl qeyd etdiyimiz kimi, KXDR-dən silah ixracı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə bu pozuntuları Təhlükəsizlik Şurasında …

Read More »

İsveçrə Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı referendum keçirə bilər

İsveçrə dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına sərf etməyə qarşı deyil, lakin bunun üçün referendum tələb oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnasio Kassis “Tages-Anzeiger” nəşrinə müsahibəsində bildirib. “Ukraynanın bərpasına kömək etməkdə ciddiyiksə, onu necə maliyyələşdirəcəyimizi düşünməliyik”, – deyən nazir əlavə edib ki, Qərb ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsi addımını müzakirə edir. İ.Kassis vurğulayıb ki, …

Read More »

Ərdoğan: “Yunanıstan baş nazirinin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”

“Yunanıstanın Baş naziri Kriakos Miçotakisin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yunanıstan Lozanna anlaşmasının şərtlərinə əməl etmir: “Adalar hələ də silahlandırılır. Biz də buna uyğun olaraq lazımi addımları atırıq. Yunanıstan öz başının çarəsinə baxmalıdır”.

Read More »

ABŞ İnstitutu: “Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”

“Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün – yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefon danışığında ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr …

Read More »