Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub. Boyukmillet.com bu barədə “Afghanistan International”a istinadən xəbər verir. “Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir”, – xəbərdə vurğulanır. “Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, – məlumatda qeyd …
Read More »Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan edib
Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib. “Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət edəcəyi barədə qərar qəbul edib”-deyə, o bildirib. Öz növbəsində baş nazir Sanna Marin məlumat verib ki, indi hökumət öz rəyini parlamentə təqdim edəcək: “Bizim qərarımız tarixidir. …
Read More »ABŞ İranı nüvə sazişi ilə bağlı yekun qərar verməyə çağırıb
ABŞ İranı nüvə sazişinin bərpası ilə bağlı qərara verməyə çağırıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib. Rəsmi hesab edir ki, bu məsələ ilə bağlı razılaşma hələ də təmin edilməyib. “İran razılaşmadan kənar şərtlərdə israr edib-etməyəcəyinə və tezliklə razılaşmaya nail olmaq barədə qərar verməlidir. ABŞ və onun tərəfdaşları buna çoxdan hazırdır. İndi iş …
Read More »Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib
Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib. Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir. Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub. Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu …
Read More »Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə BƏƏ WAM agentliyi məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi.
Read More »Pakistanda partlayış olub, ölən və yaralananlar var
Pakistanın cənubunda, Karaçi şəhərində törədilən partlayış nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Sind əyalətininin rəhbərliyi bildirib. Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, hadisə naməlum şəxslərin motoskletə quraşdırılan partlayıcı qurğunu işə salması nəticəsində baş verib. Pakistan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç bir partlayışın məsuliyyətinin üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Read More »BMT: Ukraynanı 6 milyondan çox adam tərk edib
Rusiya genişmiqyaslı müharibəyə başlayandan Ukraynanı altı milyondan çox adam tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb. Fevralın 24-dən mayın 11-dək Ukrayna ərazisini 6 029 705 nəfər tərk edib. Onlardan 3,2 milyonU Polşaya, 895 mindən çoxu Rumıniyaya, 785 mindən çoxu Rusiyaya, 583 mindən çoxu Macarıstana gedib.
Read More »ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların reallaşmasını təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib. Bu barədə Boyukmillet.com C-SPAN telekanalına istinadən xəbər verir. Məlumata görə, səsvermələr zamanı 418 konqresmen təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə səs verib. Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir. Yuxarı palata tərəfindən bəyənilsə, təşəbbüs imzalanmaq üçün ölkə Prezidentinə göndəriləcək. Qanun layihəsinə daha …
Read More »Nigeriyada silahlı hücum zamanı 48 nəfər öldürülüb
Nigeriyanın Zamfara əyalətində kəndlərə silahlı basqın zamanı 48 nəfər həlak olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Bakura regionunun rəsmisi Aminu Süleyman yerli mətbuata verdiyi açıqlamada motosikletli silahlı şəxslərin Zamfara vilayətinin 3 kəndə hücum etdiyini bildirib. Süleyman qeyd edib ki, hücumlarda azı 48 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. O, hücum zamanı polis maşınının və bir çox evin yandırıldığını bildirib. …
Read More »Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib
Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib. Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumatı təsdiqləyib. O, qeyd edib ki, Ukrayna silahlı qüvvələri Popasna şəhərini tərk edib. “Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkildilər. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. …
Read More »