Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Beş ölkənin XİN rəsmiləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edib

ABŞ dövlət katibinin müavini Vendi Şerman Parisdə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli, Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis, İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Ettore Françesko Sekui və Fransa Xarici İşlər Nazirliyinin baş katibi Fransua Delatrla Ukraynaya yardımı, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi planlarını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat …

Read More »

Estoniya Ukraynaya indiyədək 230 milyon avroluq hərbi yardım edib

Estoniya Rusiyanın hərbi müdaxiləsi başlayandan Ukraynaya 230 milyon avroluq silah-sursat tədarük edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya Dövlət Müdafiə İnvestisiyası Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar mayın 6-da bildirib. O, Estoniyanın Ukraynaya silah-sursat, o cümlədən minaatan, tankəleyhinə qumbaraatan, tankəleyhinə idarəetmə sistemi, təkərli zirehli texnika, eləcə də hərbçilər üçün çoxlu sayda avadanlıq tədarük edib. Mərkəz rəhbərinin sözlərinə görə, Estoniya Ukraynaya yardım …

Read More »

Zelenski Ukrayna “Qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski “Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk feysbukda yazıb. “Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb”, – o bildirib. Onun sözlərinə görə, indi qanunvericilikdə “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri” qeyd edilməyəcək, “Leninin kommunist cəmiyyəti quruculuğu ideyalarını” həyata keçirmək istəyi, Kommunist Partiyası tərəfindən hazırlanmış proqramlara …

Read More »

ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəsini müsadirə edir

ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəsini müsadirə etmək istəyir. Bu barədə “Boyukmillet.com” ABŞ-ın Ədliyyə Departamentinə istinadən xəbər verir. Bazar ertəsi ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə verilən şikayətdə Birləşmiş Ştatlar ədliyyəçiləri iddia edir ki, iş adamı Sedrak Arustamyan Ermənistanın keçmiş yüksək vəzifəli dövlət məmuru Qaqik Xaçatryan və onun ailəsinə sərfəli vergi rejimi müqabilində 20 milyon dollardan çox rüşvət verib. Rüşvət ödənişləri “Holmby …

Read More »

Aİ səfirləri bu gün Rusiyaya qarşı növbəti sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün – mayın 6-da Rusiyaya qarşı yeni, sayca altıncı sanksiyalar paketini müzakirə edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin tviterdə dərc olunmuş məlumatında ​​deyilir. “Sabahın gündəliyində altıncı sanksiyalar paketinin və ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyətin müzakirəsi var”, – məlumatda bildirilir. Aİ Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini …

Read More »

NATO XİN başçılarının görüşünün gündəliyi açıqlanıb

NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantıda regional və qlobal məsələlər müzakirə olunacaq. NATO baş katibi Yens Stoltenberq və Almaniya xarici Annalena Beerbok toplantını giriş sözü ilə açacaqlar. Həmçinin vurğulanıb ki, müzakirələr canlı yayımlanacaq. Toplantıdan sonra Baş katibin və nazirlərin mətbuat konfransı keçirəcəkləri gözlənilir. Qeyd edək ki, toplantı mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək.

Read More »

Mariupoldan daha 344 nəfər təxliyə edilib

Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib. “Bu gün Mariupol humanitar dəhlizi çərçivəsində 344 nəfər təxliyyə edilib. Bunlar Mariupol, Manquş, Berdyansk, Tokmak və Vasilivkadan olan qadınlar, uşaqlar və qocalardır. Onların hamısı Zaporojyeyə yenicə gəliblər. Bizim üçün daha bir …

Read More »

Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb

Tunisin Sahil Mühafizəsi aprelin sonlarında ölkə sahillərində qayıqların batması ilə nəticələnən qəzada həlak olan daha 24 miqrantın meyitini tapıb. Boyukmillet.com xəbər verir ki, ölənlərin sayı artıq 67-yə çatıb. 50-dən çox insanın hələ də itkin düşdüyü qeyd edilir. Son 48 saat ərzində Tunis Milli Qvardiyasının bölmələri ölkənin dəniz sərhədlərini qanunsuz keçməyə cəhd edən 30-a yaxın afrikalı miqrantı saxlayıb. Xatırladaq ki, aprelin …

Read More »

Pentaqon: Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək. “Boyukmillet.com”  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib. “Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq”, – Ostin deyib. O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər. Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə …

Read More »

BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirəcək

BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirmək niyyətindədir. “Boyukmillet.com” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, BMT-nin minalardan təmizləmə xidməti (UNMAS) Ukraynaya yardım göstərmək üçün mexanizmlər hazırlayır, onun nümayəndələri minalardan təmizlənmə tələb edilən yerlər haqqında məlumat toplayır. Nazirliyin məlumatına görə, təxminən 300 min kvadrat kilometr ərazinin minalardan təmizlənməsinə ehtiyac var. Buna görə …

Read More »