“Rusiya İranı müasir silahlarla təmin edir və əvəzində Tehrandan pilotsuz uçuş aparatları (PUA) alır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb. O, İranın Ukraynada hərbi əməliyyatda istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini bir daha təkrarlayıb: “Öz növbəsində Rusiya İranı müasir silahlarla təmin edir. Bu ikitərəfli qarşılıqlı …
Read More »İsrail səfiri: “İranın nüvə silahı yaratmasına icazə verməyəcəyik”
“İsrail İranın nüvə silahı yaratmasına icazə verməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. O bildirib ki, indi 1938-ci il deyil: “Treblinka hadisələri daha olmayacaq”.
Read More »Aİ-nin ali nümayəndəsi: “Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq”
“Əgər İran rejimi bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsindən qaçmağa çalışmalıyıq”. Boyukmillet.com Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib. “Mən nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının işləməsindən başqa bir yol bilmirəm”, – Aİ rəsmisi qeyd edib. Eyni zamanda …
Read More »Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub
Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, – deməsi tərəflər arasında qarşıdurma yaradıb. Qeyd edilir ki, ermənilər yəhudiləri təqib …
Read More »Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə Boyukmillet.com Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir. Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib. “Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər …
Read More »Somalidə terrorçular naziri öldürüb
Somalinin Qalmuduq ştatının Nəqliyyat və Aviasiya Departamentinin (nazir – Red) rəhbəri Farhio Abdi Vasuqe terrorçular təfərindən öldürülüb . Boyukmillet.com xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb. Qeyd olunub ki, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri nazirə hücumu yanvarın 28-də Moqadişuda, xüsusi mühafizə olunan şəhər ərazisində olarkən törədiblər. Nazir hücum nəticəsində həyatını itirib.
Read More »İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq
Yeni terror aktlarından sonra İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib. Bu barədə “Report” Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir. Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək. Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda qəbul edilən qərara əsasən, qanuna tabe olan israillilər üçün silah …
Read More »“Taliban” qızların qəbul imtahanlarında iştirakını qadağan edib
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib. Boyukmillet.com xəbər verir ki, ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib. Qeyd edək ki, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işlər görür.
Read More »Pakistanda qəzaya düşən avtobus yanıb, 41 sərnişin ölüb
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub. Boyukmillem.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb. İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.
Read More »Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb. “Bu gündən (29 yanvar – Red) etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir” – deyə, məlumatda vurğulanıb. Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
