Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Assambleyanın proqramına istinadən məlumat yayıb. Məlumata görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya rəhbərləri BMT-nin ənənəvi toplantısında çıxış edəcəklər. Bundan başqa Böyük Britaniyanın, Haitinin, Gürcüstanın, İsrailin, İtaliyanın, Kanadanın, Pakistanın və Yaponiyanın hökumət başçılarının beynəlxalq …
Read More »Yaponiyanın Atom Elektrik Stansiyasında alışma olub
Yaponiyanın Sidzuoka prefekturasında yerləşən “Xamaoka” Atom Elektrik Stansiyasının turbin zalında alışma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib. “Chubu electric power” stansiyasının şirkətinin operatorunun məlumatına görə, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb. Tüstülənmə baş verib. Zərərçəkənlər haqqında informasiya yoxdur, “Xamaoka” stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.
Read More »Əfqanıstan Prezidenti pullarını özü ilə götürə bilməyib
Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər. Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib. “Pulların bir hissəsi uçuş zolağında qalıb”, – məlumatda qeyd edilib.
Read More »Ukrayna prezidenti merin ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürüb
Ukrayna prezidenti Vladimir Zelenski Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürüb. Bu barədə ” Boyukmillet.com” Ukrayna mətbuatına istinadən xəbər verir. Zelenski həftənini ilk günü (16 avqust – Red) merin ölümü ilə bağlı hüquq -mühafizə orqanları rəhbərlərinin hazırladığı ilkin hesabatı dinləyəcək. Qeyd eədk ki, Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.
Read More »“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdiyini elan edib
Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. “Taliblər”in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb. Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt …
Read More »“Taliblər” Əfqanıstanın Vardak əyalətinin paytaxtını nəzarət altına alıblar
“Taliban” hərəkatının döyüşçüləri bildiriblər ki, Əfqanıstanda daha bir inzibati mərkəzini – Kabildən 46 kilometr məsafədə yerləşən Vardak əyalətinin paytaxtı Maydanşəhri tutublar. Boyukmillet.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid özünün tvitterdəki hesabında yazıb. Onun açıqlamasına əsasən, qubernator administrasiyasının binası, polis bölməsi, mərkəzi həbsxana “taliblər”in nəzarəti altına keçib. Qeyd edilir ki, hökumət ordusunun silahlıları Kabilə qaçıb. Maydanşəhr paytaxt Kabildən …
Read More »İran parlamenti yeni hökumətin tərkibini müzakirəyə çıxarıb
İran parlamenti Prezident İbrahim Rəisinin nazir postlarına təklif etdiyi namizədlərlə bağlı müzakirələrə başlayıb. Boyukmillet.com “Tasnim”ə istinadən xəbər verir ki, qanunverici orqanın sədri Məhəmmədbaqer Qalibaf siyahını parlament üzvlərinə təqdim edib. Hökumətin tərkibi parlament tərəfindən təsdiqləndikdən sonra nazirlər səlahiyyətlərinin icrasına başlayacaq. Qeyd edək ki, iyunun 18-də İranda prezident seçkiləri keçirilib. İbrahim Rəisi seçicilərin 62 faizinin (17.9 milyon) səsini qazanaraq prezident seçilib. O, avqustun …
Read More »Yunanıstanda pakistanlı miqrantlar döyülüb, evləri soyulub
Yunanıstanın Ayos Qeorqios kəndində 10 nəfərdən ibarət qrup pakistanlı miqrantların yaşadığı iki evə silahlı basqın edib. Boyukmillet.com Yunanıstan mətbuatına istinadən xəbər verir ki, basqınçılar havaya atəş açıb, pakistanlı miqrantları döyərək onların qiymətli əşyalarını oğurlayıblar. Nəticədə ikisi ağır olmaqla 15 pakistanlı xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.
Read More »BMT baş katibi: “Əfqanıstanda vəziyyət nəzarətdən çıxır”
BMT baş katibi Antoniu Quterriş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bu barədə “Boyukmillet.com” qurumun rəsmi saytına istinadən xəbər verir. Antoniu Quterriş bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır: “Təkcə keçən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb”. Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, …
Read More »Çində onlarla insan daşqınların qurbanı olub
Çinin Xubey əyalətində daşqınlar nəticəsində azı 21 nəfər həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Global Times” qəzeti bildirib. Məlumata görə, təbii fəlakət cümə axşamı Lyulin şəhərində olub. Daşqınlar zamanı daha 4 nəfər itkin düşüb. Qeyd edilir ki, yağıntının miqdarı illik normanı ötüb. Əyalətin meteoroloji xidməti bildirib ki, leysan yağışlar cümə gününə qədər davam edəcək. İyulda qonşu Xenan əyalətinin Xubeem şəhərində daşqınlar …
Read More »