Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri Vanda gənclərlə görüşündə deyib. “Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki …

Read More »

Türkiyə Prezidenti: “Qərbə etibar etmək olmaz”

“Qərb ölkələrinə etibar etmək olmaz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib. “Onlardan (Yunanıstan – red) niyə bu (Amerika – red) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: “Rusiyaya qarşı”. “Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”.

Read More »

Ərdoğan: “Türkiyədə erkən seçkilər olmayacaq”

“Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib. “Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünü ora hazırlayın”, – Ərdoğan bildirib. Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının …

Read More »

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. “Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır”, – daxili işlər naziri Krista Mikkonen bildirib. Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi …

Read More »

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

ABŞ-ın Kaliforniya ştatında Birləşmiş Ştatlar ordusuna məxsus “Bell V-22 Osprey” təyyarəsi qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Rəsmi şəxslər hadisə zamanı təyyarədə beş nəfərin olduğunu bildiriblər. Onların hamısının öldüyü güman edilir. Qeyd olunur ki, qəza Meksika ilə sərhəddən 50 km şimalda və San-Dieqo şəhərindən 240 km şərqdə baş verib. Eyni zamanda, ABŞ hərbçiləri dağılan təyyarənin göyərtəsində radioaktiv maddələrin …

Read More »

Yunanıstan Almaniyaya görə “BMP-1”lərin Ukraynaya göndərilməsini təxirə salacaq

Almaniya Yunanıstana “Marder” piyada döyüş maşınının verilməsini gecikdirdiyi üçün Yunanıstan “BMP-1”lərin Ukraynaya göndərilməsini ən azı iki ay sonra həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bild” Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yazıb. Rəsmi şəxs bildirib ki, Almaniyadan gələn ilk tankın hazırda “BMP-1”lərin yerləşdiyi Yunanıstan adalarına çatması ən azı iki ay çəkə bilər. Onun sözlərinə görə, rəsmi Afina …

Read More »

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb

Litvadan Ukraynaya növbəti hərbi yardım karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas deyib. O, bildirib ki, 20 hərbi maşın artıq Ukraynadadır. Daha 20 ədəd M113 zirehli texnikası isə yaxın günlərdə çatdırılacaq. Qeyd edək ki, müharibə başlayandan Litva Ukrayna ordusuna çoxlu sayda pulemyot, tapança, dəbilqə və zirehli gödəkçələr təhvil verib. Litva Rusiyadan elektrik enerjisini idxal …

Read More »

BMT-nin Ukraynaya yardımı 1,6 milyard dolları ötüb

BMT-nin Ukraynaya yardımının məbləği 1,6 milyard dolları ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. “Ukraynadakı tərəfdaşlarla birlikdə humanitar yardıma ehtiyacı olan insanlara dəstək olmaqda davam edirik. Biz ölkə üzrə 7,8 milyon insana yardım göstərmişik”, – Düjarrik deyib. BMT rəsmisinin sözlərinə görə, Ukraynaya təcili yardım üçün müraciətin hazırda 72%-dən çoxu maliyyələşdirilib. Tələb olunan …

Read More »

Ukrayna Prezidentinin Ofisi: “Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”

“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Birincisi, Avropa İttifaqı Şurası altıncı sanksiyalar paketində Rusiyanın bulud xidmətlərinin bloklandığını elan edir. Sonra mesajı redaktə edir, oradan bulud texnologiyalarına istinadları silir”, – o deyib. Onun sözlərinə görə, hələlik rəsmilərdən heç bir aydınlıq və ya izahat yoxdur.

Read More »

Volodimir Zelenski: “Dünyada müharibə ilə bağlı yorğunluq artır”

“Ukrayna və Qərb tərəfdaşları Rusiya ilə gələcək “sülh planı”nın hazırlanmasına dair danışıqlar aparmır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, dünyada müharibə ilə bağlı yorğunluq artır və insanlar özləri üçün hansısa nəticənin əldə edilməsini istəyirlər: “Bizə isə özümüz üçün nəticə lazımdır”.

Read More »