Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə “Jeşuv-Yasenka”, “Lyublin” beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə aviasiya heyətinin (NOTAM) təcili məlumatında deyilir. Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib. Məlumata görə, havaya …
Read More »Kadırov: Sülh Ukrayna Rusiyanın bölgəsinə çevrildiyi zaman mümkün olacaq
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının gedişatını bir daha şərh edərək, sülhün yalnız Ukraynanın Rusiyanın bölgəsi olacağı təqdirdə əldə oluna biləcəyini bildirib. Kadırov deyib ki, indiki mərhələdə hərbi əməliyyatları dayandırmaq Moskva üçün əlverişsiz olacaq. RİA Novosti dövlət agentliyinə müsahibəsində Kadırov əməliyyatın məqsəd və vəzifələrinin “havadan götürülmədiyini” vurğulayaraq, onların Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb. Onun fikrincə, Rusiya sərhədlərində sülh …
Read More »Ermənistan Mərkəzi Bankının sədri: Azərbaycanla sülh sazişi ölkəmizə investisiya qoyuluşunu artıracaq
Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək. Boyukmillet.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib. “Sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin …
Read More »Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib
Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006-cı illər) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tailandın PBS” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, həmçinin üç həkim də cəzalandırılıb, onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman …
Read More »BMT Baş Assambleyasının yeni sessiyası sentyabrın 9-da başlayacaq
BMT Baş Assambleyasının növbəti, 80-ci sessiyası sentyabrın 9-da başlayacaq. Boyukmillet.com-un xəbərinə görə, çərşənbə axşamı BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçiriləcək və o səlahiyyətlərini Baş Assambleyanın 80-ci sessiyasının sədri, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Berboka təhvil verəcək. Yeni sessiyanın əsas hadisəsinin sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək Yüksək Səviyyəli həftə …
Read More »Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib
ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-da bildirib ki, demokratlar Amerikanın Şarlott şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar, çünki cinayətkarlıqla fəal mübarizə aparmırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Sosial”da yazıb. Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, Şarlottda ictimai nəqliyyatda hərəkət edən ukraynalı gənc qaçqının ruhi xəstənin vəhşicəsinə hücumuna məruz qaldığı dəhşətli videonu görüb. …
Read More »Fransanın Baş naziri etimadı doğrultmayıb, parlamentdə çoxluq hökumətin əleyhinə çıxıb
Fransa Milli Assambleyası Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Milli Assambleyada səsvermə belə başa çatıb – Baş nazirə etimadın lehinə 194, əleyhinə 364. Bayru daha əvvəl Milli Assambleyada keçirilən iclasda deputatlara bildirib ki, deputatların hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq, lakin reallığı ləğv etməyəcək. O, 3,4 trilyon avroluq böyük …
Read More »Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb. “Bəli, hazıram”, – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb. Bundan əvvəl “The New York Times” nəşri ABŞ-nin …
Read More »NYT: Rusiya, Çin, Şimali Koreya NATO-nun hərbi sənayesini təhdid edir
Rusiya, Çin və KXDR NATO ölkələrinin hərbi sənayesini təhdid edə biləcək yeni strateji ittifaq yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır. “Bütün bunların fonunda NATO-nun Moskva, Pekinə və Pxenyana təzyiq üsulları getdikcə keçmişə çevrilir və aktuallığını itirir. Hətta onilliklər ərzində qurulmuş iqtisadiyyat ABŞ-a bu mübarizədə qalib gəlməyə kömək etməyəcək”, – məqalədə deyilir. Vurğulanıb ki, …
Read More »Rusiya bir gecədə Kiyevə 13 ədəd “İskəndər” raketi atıb
Sentyabrın 7-nə keçən gecə Rusiya 818 hava hücumu silahından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri “Facebook” səhifəsində məlumat yayıb. Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub. Qeyd olunub ki, sentyabrın 6-da saat 17:00-dan (Bakı vaxtı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
