Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfəri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Onun sözlərinə görə, şübhəlilər mayın 13-də saxlanılıblar. Məlumata görə, onlar başqa dövlətə və ya xarici təşkilata ötürmək üçün açıqlanmayan məlumatlar toplayıblar.

Read More »

Politico: ABŞ dövlət katibi Kiyevə səfər etməyi planlaşdırır

ABŞ dövlət katibi Antoni Blinken bu həftə Kiyevə səfər etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti üç mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Blinken bu həftə Ukraynanın paytaxtına səfər edəcək. Qəzetin yazdığı kimi, “onun dəqiq qrafiki məlum deyil, lakin mənbələrdən biri qeyd edib ki, çərşənbə axşamı və çərşənbə günü təhlükəsizlik xidmətləri tərəfindən Kiyevdə yollar bağlanacaq”. Dövlət Departamenti Blinkenin …

Read More »

KİV: İŞİD-in hücumu nəticəsində İraqın 5 hərbçisi həlak olub

İŞİD terrorçularının İraqın mərkəzi hissəsində həyata keçirdiyi hücum nəticəsində azı ölkənin beş əsgəri həlak olub, daha beşi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Bildirilib ki, olay Diyala və Salah əd-Din əyalətlərinin kəsişdiyi yerdə baş verib, ölən iraqlı əsgərlərdən biri zabit rütbəsində olub. Terrorçuların sıralarında itkilər barədə məlumat verilmir.

Read More »

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” nəşri şəhərdə fəaliyyət göstərən “Barzilay” Tibb Mərkəzinə istinadən xəbər yayıb. Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki evə düşüb. Xəsarət alan 3 nəfər tibb mərkəzinə çatdırılıb.

Read More »

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb. Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir. BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb. İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib. Əməliyyatın azı …

Read More »

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanın ödənilməmiş 20 milyard dollarlıq avrobondlarının təxminən 20%-ni təşkil edən BlackRock və Pimco kimi nəhənglər daxildir. Qəzet yazır ki, onlar artıq hökumətlə danışıqlar aparmaq üçün …

Read More »

Makron: Avropanın Çinə ehtiyacı var

Avropa ölkələrinə təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çin lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “La Tribune” nəşrinə müsahibəsində deyib. “İstər iqlim, istərsə də təhlükəsizlik məsələlərində Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə cəlb etməyə imkan verən balanslaşdırıcı qüvvə olmaqdır”, – deyə o …

Read More »

Ceyk Sallivan: 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil

“ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək. 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Vaşinqtonda “Financial Times” qəzetinin təşkil etdiyi tədbirdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Nəşrin məlumatına görə, Sallivan hələ də yaxın gələcəkdə Rusiya ordusunun Ukraynada uğurlarını gözlədiyini qeyd …

Read More »

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına müsahibə verib. Saakaşvili “Xarici agentlər haqqında” Qanunun Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına işarə edib: “İstənilən halda hakimiyyət dəyişikliyi baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək”. O, Bidzina İvanişvilini Gürcüstanda Putinin siyasətinin davamçısı sayıb: “Bununla bağlı sübutlar var. İvanişvili hakimiyyətə gəldikdən sonra …

Read More »