Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

İsrail genişmiqyaslı hərbi əməliyyata HAZIRLAŞIR – Bu ölkələr HƏDƏFDƏ

İsrail üç əsas istiqamətdə – İran, Livan və Qərb Sahilində mümkün hərbi əməliyyata hazırlıqlarını sürətləndirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, bu tədbirlər İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Eyal Zamirin rəhbərlik etdiyi 2030-cu ilə qədər çoxillik hərbi inkişaf planının bir hissəsidir. Komandanlığın sözlərinə görə, planın əsas prioritetləri əhalinin qorunması və kosmik …

Read More »

ABŞ beynəlxalq sularda narkotik daşıyan üç gəmiyə zərbə endiribVİDEO

Boyukmillet.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin ABŞ-ın Cənub Komandanlığı beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan üç gəmiyə qarşı əməliyyat həyata keçirib. Məlumata görə, dekabrın 30-da ABŞ müdafiə naziri Pit Heqsetin göstərişi ilə Southern Spear adlı birgə operativ qrup narkotik daşıyan və konvoy şəklində hərəkət edən üç gəmiyə kinetik zərbələr endirib.  Bildirilib ki, ilk zərbə zamanı gəmilərdən birinin göyərtəsində …

Read More »

Özbəkistan Parlamenti Azərbaycanla sazişlərin icrasını müzakirə edib

Özbəkistan Senatı və parlament komitələri Azərbaycanla ikitərəfli sazişlərin icrasına və birgə investisiya və əməkdaşlıq layihələrinin sürətləndirilməsinə həsr olunmuş birgə iclas keçiriblər. Bu barədə Boyukmillet.com Özbəkistan Senatına istinadən xəbər verir. İclasda Senat üzvləri, deputatlar, nazirliklərin və idarələrin, assosiasiyaların və təşkilatların rəhbərləri iştirak ediblər. “Nazirlik və idarələrin rəhbərləri iclasda iştirakçıları Özbəkistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmaların, imzalanmış ikitərəfli sənədlərin və təsdiq edilmiş …

Read More »

Avropa Tramp-Zelenski görüşünü ümid və qorxu ilə gözləyir

Avropa ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında bazar günü planlaşdırılan görüşün sülh sazişinin yaxınlaşmasına kömək edəcəyinə ümid edir. Boyukmillet.com xəbər verir ki, məlumatı CNN anonim Avropa rəsmilərinə istinadən yayıb. Telekanal qeyd edir ki, “Avropalılar ABŞ və Ukrayna arasındakı münasibətlərin hazırkı dinamikasını məhsuldar adlandıraraq müsbət görüş gözləyirlər”. O qeyd edir ki, buna “ABŞ və Ukrayna danışıqları aparanların …

Read More »

Rusiya və Ukrayna bu silahları işə salacaq – ŞOK

Rusiya-Ukrayna savaşının yaxın müddətdə bitəcəyinə ümid azdır. Tərəflər 2026-cı ildə yeni silahlarla döyüşü davam etdirəcəklər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Bild” qəzetində təhlil yazısı dərc olunub. Məlumata görə, Rusiya müxtəlif məsafələrdə mərhələli təzyiq strategiyasına üstünlük verir. Qısa məsafələrdə (20 km-dək) Rusiya ordusu optik liflə idarə olunan FPV-dronlardan – “Vandal” adlanan aparatlarından kütləvi şəkildə istifadə edir. Bu dronlar artıq hər gün …

Read More »

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə yeni sənədlər əldə edib

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işinə potensial aidiyyəti olan yeni sənədlər əldə edib. Bu materialların yoxlanılması və dərci üçün bir neçə həftə vaxt lazım olacaq. Boyukmillet.com-un məlumatına görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir. “Nyu-York ştatının Cənub dairəsi prokuroru və Federal Təhqiqatlar Bürosu ABŞ Ədliyyə Nazirliyini Ceffri Epşteyn işi ilə bağlı ola biləcək …

Read More »

Zelenski sülh sazişi layihəsini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 23-də sülh sazişi layihəsini açıqlayıb. Son həftələr Ukrayna, ABŞ və Avropa təmsilçiləri layihə üzərində iş aparırlar. Ukrayna lideri bildirib ki, hazırda Kiyev Rusiyanın bu sənədə münasibətini gözləyir. Onun sözlərinə görə, bu reaksiyadan sonra Ukrayna növbəti addımlarını və qərarların icra müddətlərini müəyyənləşdirəcək. Zelenski planın ilkin mərhələdə 28 bənddən ibarət olduğunu, sonradan isə 20 bəndə endirildiyini vurğulayıb. Hazırda təqdim …

Read More »

Xarkov qaranlığa qərq oldu: istilik elektrik stansiyasına zərbələr şəhəri iflic etdi

Rusiya ordusu Xarkovun ətrafındakı istilik elektrik stansiyasına (İES) bir neçə dəqiq zərbə endirib.Boyukmillet.com xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib. Merin sözlərinə görə, hücum nəticəsində azı bir nəfər həlak olub, yaralananlar var. Zərbələr şəhərin enerji sisteminə ciddi təsir göstərib – gərginlik kəskin şəkildə aşağı düşüb, bu isə istilik təchizatı və şəhər nəqliyyatının fəaliyyətində problemlərə səbəb olub. Terexov …

Read More »

Çubaysın 12 milyardlıq əmlakı MÜSADİRƏ EDİLDİ

Moskvadakı arbitraj məhkəməsi “Rosnano” şirkətinin iddiası çərçivəsində təmin edici tədbir olaraq keçmiş menecerlərin, o cümlədən Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın hesablarını və əmlakını həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, Çubaysın əmlakı iddia olunan məbləğ çərçivəsində, yəni təxminən 12 milyard rubl həcmində aktivləri müsadirə edilib. Eyni zamanda, iddiaya cavabdeh digər şəxslərə qarşı …

Read More »

Tramp: ABŞ ələ keçirdiyi Venesuela tankerlərinin neftini özündə saxlayacaq

ABŞ həm beynəlxalq sularda ələ keçirilən Venesuela tankerlərinin neftini, həm də gəmilərin özlərini mənimsəməyi planlaşdırır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz onu (nefti – red.) saxlayacağıq. Strateji ehtiyatları artırmaq üçün istifadə edə bilərik. Biz onu saxlayacağıq. Biz həmçinin gəmiləri də saxlayacağıq”, – o deyib. Eyni zamanda Tramp …

Read More »