İsrail ordusu Hizbullah qruplaşmasının Livanın cənubundakı obyektlərinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Məlumata görə, Hizbullahın bir neçə obyekti vurulub. Hücumun nəticələri məlum deyil.
Read More »Fransa XİN başçısı iranlı həmkarı ilə danışıb, Tehrana xəbərdarlıq edib
Fransa xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, nazirlər regional məsələləri müzakirə ediblər. K.Kolonna bildirib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb. O, İranı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb və deyib ki, eskalasiyanın kimsəyə faydası yoxdur.
Read More »İsrail-Fələstin sərhədində avtomobil partladılıb, ölən və yaralananlar var
Fələstinin Cenin şəhərində İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir israilli polis ölüb, üçü yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb. Bildirilib ki, Cenində “Jeep” markalı avtomobilin partladılması nəticəsində sərhəd polisinin 4 döyüşçüsü yaralanıb. Onlardan biri – 19 yaşlı sərhəd polisi çavuş Şay Qarmai ölüb, ikisi ağır, biri isə orta dərəcədə yaralanıb. Məlumata görə, yaralılar hospitala yerləşdirilib. İnformasiyaya …
Read More »Cənubi Koreyada etirazçılar Prezidentin ofisinə daxil olmağa cəhd göstərib
Cənubi Koreyada radikal solçu tələbə qrupunun 20 üzvü ölkə Prezidenti Yun Sok Yolun ofisinə soxulmağa cəhd etdikləri üçün polis tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Onlar Prezidentin istefasını və dövlət başçısının həyat yoldaşı Kim Qon Hinin iddia edilən maliyyə fırıldaqları ilə bağlı xüsusi araşdırma aparılmasını tələb edərək prezidentin ofisinin qarşısına toplaşıblar. Aksiya rəsmi qurumlarla əvvəlcədən …
Read More »Hizbullah qruplaşması İsrail ərazisinə 40-a yaxın raket atıb
Livanın cənubunda yerləşən Hizbullah qruplaşması bu gün səhər saatlarında İsrail ərazisinə 40-a yaxın raket atıb. Boyukmillet.com xəbər verir ki, İsrail ordusu cavab tədbirləri görür. İsrail qruplaşmanın hədəflərinə zərbələr endirir. Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Read More »ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğrayıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Cənubi Dakotadakı “Ellsworth” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb. Təyyarədə 4 pilotdan ibarət ekipajın olduğu bildirilir. Onların hamısı uğurla katapulta edib, heç kim xəsarət almayıb. Qəza təlim uçuşu zamanı baş verib. Qeyd olunur ki, təlim zamanı pis hava şəraiti və şiddətli şaxta olub. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. …
Read More »Cənubi Koreya Şimali Koreyanın addımlarına cavab olaraq Sarı dənizdə təlim keçirəcək
Koreya Respublikasının Dəniz Piyadaları Korpusunun bölmələri Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Sarı dənizdə atəş təlimləri keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Təlimlərdə Yenphyendo və Pennyondo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, daha əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreya sahil artilleriyasının Sarı dənizdə yerləşən Yenphyendo və Pennyondo adalarına …
Read More »Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib
Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 …
Read More »Somali sahillərində gəmi qaçırılıb
Liberiya bayrağı altında üzən yük gəmisi MV Lila Norfolk Somali sahillərində qaçırılıb. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə hərbi təyyarə göndərilib. Bildirilib ki, Somali sahillərində qaçırılan Liberiya bayraqlı gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var. Gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin təyyarələri tərəfindən izlənilir, ekipajla əlaqə qurulub. Hindistan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yük gəmisinin ekipajı Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin …
Read More »Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib
Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatları göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatları daxildir. Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə …
Read More »