Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Hindistan Fransadan “Rafale” qırıcılarının tədarükü üçün müraciət alıb

Hindistan Müdafiə Nazirliyi ölkə istehsalı olan ilk təyyarə gəmisi “Vikrant” üçün “Dassault Aviation” tərəfindən istehsal olunan 26 “Rafale Marine” qırıcısının tədarükünə dair Fransadan müraciət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb. Məlumata görə, müraciət oktyabr ayında Hindistanın Parisə göndərdiyi sorğuya cavab olub. Qeyd edilib ki, Hindistan bu il ölkənin Qoa ştatında sahilyanı təlim poliqonunda …

Read More »

Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib

Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsi razılaşmasında vasitəçi kimi çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “Qətər ABŞ və Venesuela arasında bir sıra məhbusların mübadiləsində vasitəçilik rolunu uğurla həyata keçirib”, – bəyanatda qeyd edilib. Qətər XİN-nin dövlət naziri Məhəmməd əl-Xuleyfi QNA agentliyinə məlumat verib ki, Karakas …

Read More »

Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq

Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv ölkələr ümumi miqrasiya siyasətinin islahatına dair siyasi razılıq əldə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib. “Avropa dəyərlərimizə əsaslanaraq sığınacaq axtaranları, xarici sərhədlərimizi daha yaxşı qorumaq üçün miqrasiya və sığınacaq siyasəti üzrə hərtərəfli paket üzərində razılaşdıq”, – o bildirib. Qeyd edilib ki, “Miqrasiya və Sığınacaq …

Read More »

Fevralda baş verən zəlzələlər Türkiyəyə 110 milyard dollar zərər vurub

Türkiyəyə 2023-cü ilin fevralında baş verən zəlzələlər nəticəsində dəyən ümumi zərər 110 milyard ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib. “Fevralın 6-da baş verən zəlzələlərdən ümumi zərərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, – o vurğulayıb. Qeyd …

Read More »

ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub

ABŞ-nin İraqın qərbində yerləşən Ənbar vilayətindəki “Ayn əl-Əsəd” hərbi bazası raket hücumuna məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” İraq təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bazaya bu gün səhər tezdən hücum edilib. Zərbə nəticəsində dağıntı və itki olmayıb. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Xatırladaq ki, noyabrın 30-da İraqın “İslami Müqavimət” …

Read More »

Malayziya İsrail gəmilərinə qadağa tətbiq edib

Malayziya HƏMAS-İsrail münaqişəsinin fonunda İsrailin ZIM gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib. Malayziyanın Baş naziri Ənvər İbrahimin sözlərinə görə, ölkənin Nəqliyyat Nazirliyi şirkətin fəaliyyətinə daimi qadağa tətbiq etməklə təcili tədbirlər görmək niyyətindədir: “Eyni zamanda, hökumət İsrail bayrağı altında üzən gəmilərin ölkə limanlarına buraxılmaması barədə qərar qəbul edib. Bundan başqa, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır. …

Read More »

KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların tam başa çatmasından və sülh sazişinin imzalanmasından sonra belə Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS” Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb. “Biz bilməliyik ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra sanksiyalar ləğv edilməyəcək. Sanksiyaların ləğvi atəşkəs sazişinin bir hissəsinə və ya gec-tez münaqişəyə son qoyacaq …

Read More »

Qırğızıstan bayrağına dəyişiklik edilib

Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış …

Read More »

ABŞ İran PUA-larına görə şirkətlərə və əcnəbilərə qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentləri İranın pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan bir sıra ölkələrin hüquqi və fiziki şəxslərinə qarşı sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xarici Aktivlərə Nəzarət İdarəsi dekabrın 19-da İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşən 10 hüquqi şəxs və 4 fiziki şəxsə qarşı …

Read More »

Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının nümayəndələri Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcək. Boyukmillet.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu “Ənsar Allah” siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib. Hərəkatın sözçüsü İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib: “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”.

Read More »