Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Polşada dövlət idarəsini partlatmaq istəyən radikal islamçı həbs edilib

“Polşa xüsusi xidmət orqanları əməkdaşları üzərində yerləşdirdiyi partlayıcı şəhid kəməri ilə dövlət müəssisəsini partlatmaq istəyən radikal islamçını saxlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Moskovski komsomolets” nəşri RAR agentliyinə istinadən yayıb. Polşa daxili təhlükəsizlik Agentliyinin yaydığı məlumatda bildirilir ki, 18 yaşlı islamçı “İslam Dövləti” terror qruplaşmasının nümayəndələri ilə sıx əlaqədə olub və fəaliyyətini onlarla koordinə edib. Qurumun yaydığı məlumata görə, etnik polyak …

Read More »

Bayden: “Müharibə bitməmiş Ukraynanın NATO-ya üzvlüyü III Dünya müharibəsinin başlanğıcı deməkdir”

“Müharibə bitməmiş Ukraynanın NATO-ya üzv olması III Dünya müharibəsinin başlanğıcı deməkdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib. “Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz”, – Bayden deyib. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bildirib ki, Ukrayna müharibə başa çatdıqdan sonra Şimali Atlantika …

Read More »

İsveçdə İran əleyhinə çağırış: kampaniya başladı

İsveç parlamentinin İran əsilli nümayəndəsi Əlirza Axundinin turistləri İrana səfərdən imtina etməyə çağırmasından sonra onun təklifinə dəstək kampaniyası başladılıb. Boyukmillet.com xəbər verir ki, xaricdə yaşayan iranlılar sosial mediada paylaşımlar edərək, iranlıları və başqa ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırırlar. Onlar İran hökumətinin turistlərdən maddi gəlir əldə etməklə yanaşı, səfərlərdən istifadə edərək ölkəni təhlükəsiz göstərməyə çalışdığını yazırlar. Çağırışlar xüsusən 2022-ci ilin sentyabrında …

Read More »

Sülhməramlılar Qarabağdan bu tarixdə çıxacaq – Ərdoğanın Putinə mesajının şifrələri

Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlamasında iki önəmli məqam diqqət çəkir: – 10 noyabr razılaşmasında sülhməramlıların missiyasının bitmə vaxtı 2025-ci il göstərilsə də, bundan nadir hallarda bəhs olunurdu: Türkiyə prezidenti ilk dəfə bu qədər açıq və konkret şəkildə bildirdi;– bunu NATO sammitində – Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan …

Read More »

Türkiyə buna görə İsveçə razı oldu – Korgeneral

Türkiyənin Qərblə münasibətlərini nizamlaması və inkişaf etdirməsi üçün İsveçin NATO üzvlüyünə müsbət cavab verməsi önəmli idi. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib. General-polkovnik Türkiyənin sona qədər öz şərtlərini irəli sürdüyünü və bunların yerinə yetirilməsini tələb etdiyini bildirib: “İsveç və Finlandiyanın NATO-ya qəbul olunması Rusiyanı Türkiyə ilə daha da yaxınlaşmağa …

Read More »

Ərdoğan: Putindən bunu gözləyirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən taxıl müqaviləsi ilə bağlı konstruktiv cavab gözlədiyini bildirib. Sitat.info xəbər verir ki, o, bu barədə Vilnüs sammitinə getməzdən əvvəl keçirdiyi brifinqdə deyib. “Qarşıdakı ayda biz hörmətli Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyirik. Bu səfərdə biz mütləq bu mövzunu (taxıl sövdələşməsini-red.) müzakirə edəcəyik. Ukrayna əlindən gələni etməyə hazır olduğunu bəyan edir. Hörmətli Putinlə …

Read More »

“Biz mütləq qalib gələcəyik”- Zelenski İlan adasında – Video

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib. Boyukmillet.com xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb. Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik”. Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti …

Read More »