Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Çarevə sui-qəsd edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok özünün Teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, Çarev evinin yaxınlığında bıçaqlanıb. Keçmiş deputatın vəziyyəti barədə məlumat verilməyib.
Read More »Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb
Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib. “Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy göstərsin”, – Kanada lideri …
Read More »Gürcü nazir: “Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq”
“Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün dost məkan olduğunu nümayiş etdirir”. Bunu “Report”un yerli bürosuna Tbilisidə keçiriləcək 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib. “Gürcüstan Cənubi Qafqazda sülhdən yanadır, bu, regionun hər üç ölkəsinin marağına cavab verir. Biz Cənubi Qafqazda …
Read More »Ərdoğan: “BMT-də islahatlara ehtiyac var”
“BMT, xüsusilə BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib. O bildirib ki, dünyanın təhlükəsizliyi 5 dövlətin maraqlarından asılı olmamalıdır. Ərdoğan dünyadakı hazırkı vəziyyətə görə təəssüflənib.
Read More »İsrail BMT əməkdaşlarına ölkəyə giriş vizası verməkdən imtina edib
BMT-nin Baş katibi Antoniu Quterreşin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti bu təşkilatın məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “The Time of İsrael” yayıb. Məlumata görə, İsrail rəsmiləri Baş katib A.Quterreşi BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışını tənqid edərək onun istefasını tələb ediblər. Bildirilib ki, Baş katib etdiyi çıxışda bu tənqidlərdən sonra dediklərindən imtina …
Read More »Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri strateji əməkdaşlığı genişləndirir
Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri strateji əməkdaşlığı genişləndirməyə yönələn birgə “yol xəritəsi” üzərində razılaşıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “X” hesabında yazıb. “Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşünə xoş gəlmisiniz!” deməkdən şadam. Aİ 27 ildə ilk dəfə Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin siyasi əhəmiyyətini vurğulayır. …
Read More »Ankarada İŞİD-lə əlaqədə şübhəli bilinən 33 nəfər tutulub
Türkiyənin paytaxtı Ankarada keçirilən antiterror əməliyyat nəticəsində İŞİD terrorçu qruplaşma ilə əlaqədə şübhəli bilinən 33 nəfər tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNNTurk” məlumat yayıb. Bildirilib ki, hadisə ilə araşdırma aparılır.
Read More »Trüdo: Kanada HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün Qətərlə işləməyə davam edəcək
Kanada HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün Qətərlə işləməyə davam edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo sosial şəbəkədə yazıb. “Dünən (oktyabrın 20-də – red.) HƏMAS tərəfindən girov götürülən iki amerikalı mülki şəxs azad edilib. Kanada bu prosesi alqışlayır və Qətərə göstərdiyi köməyə görə təşəkkür edir. HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün Qətər və digər tərəfdaşlarla işləməyə …
Read More »İsrail İordan çayının Qərb sahilində terrorçuların məskunlaşdığı məscidə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) birgə əməliyyat keçirərək Fələstinin Cenin şəhərindəki (İordan çayının Qərb sahili) Əl-Ənsər məscidinə hava zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə adı çəkilən qurumlar birgə bəyanat yayıblar. Bildirilib ki, əməliyyat HƏMAS və “İslami Cihad” təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə keçirilib. Bəyanata əsasən, onlar yaxın vaxtda İsrailə zərbə endirməyi planlaşdırırdılar. Qeyd olunub ki, İsrail …
Read More »ABŞ-də sinaqoq rəhbəri evinin yanında qətlə yetirilmiş vəziyyətdə tapılıb
ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Detroit Free Press” məlumat yayıb. Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir. Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
