Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Çexiya Prezidenti Avropa İttifaqının genişlənməsinə çağırıb

Çexiya Prezidenti Peter Pavel təhlükəsizliyi gücləndirmək məqsədilə Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib. “Yeni geosiyasi imperativ Avropa İttifaqının genişlənməsi üçün yeni dinamika tələb edir. Biz uzun müddətdir ki, bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların rəhminə buraxmışıq”, – Çexiya Prezidenti bildirib. Pavel qeyd edib ki, Qərbi Balkan …

Read More »

Almaniyanın müdafiə naziri Rusiya ilə danışıqlar təklifinə maraqlı reaksiya verib

Almaniyanın müdafiə naziri Boris Pistorius vətəndaşlar qarşısında keçirdiyi mətbuat konfransında Rusiya ilə danışıqlar təklifinə maraqlı reaksiya verib. Boyukmillet.com xəbər verir ki, dinləyicilərdən biri kansler Olaf Şoltsun Ukraynadakı münaqişə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə niyə danışıqlar aparmadığını soruşub. “Bağışlayın, sizin hüququnuz yoxdur! İfadə azadlığı fikrini azad ifadə etmək deməkdir, buna görə alqış almaq hüququ deyil”, – nazir deyib. Daha əvvəl …

Read More »

Dağıstanda şəhər meri saxlanıldı

Dağıstanda Qızılyurd şəhərinin meri Maqomed Maqomedov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadla məlumat yayıb. “Qızılyurdun başçısı Maqomed Maqomedov saxlanılıb. Hazırda şəhər administrasiyasında istintaq hərəkətləri aparılır”, – məlumatda qeyd olunub. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Read More »

Türkiyə Silahlı Qüvvələri bu il 991 terrorçunu məhv edib

“Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib. Qeyd olunub ki, suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün lazımi addımlar atılır. Həmçinin, vurğulanıb ki, əməliyyat ərazilərindəki təhlükəsizliyin təmin olunmasından ötrü də lazımi tədbirlər görülür: “Bu ilin əvvəlindən etibarən terrorçular mövqelərimizə 342 dəfə hücum etmiş və ya təxribata …

Read More »

Ərdoğan İsrailə səfər edə bilər

“Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib. Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb. “Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri …

Read More »

Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması

Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri qeyd edib ki, Ermənistan Qarabağdan keçən nəqliyyat marşrutlarının yaradılmasında iştirak etməsə, İrandan keçəcək.

Read More »

ABŞ İnstitutu: “Vladimir Putin döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib”

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya döyüş meydanındakı durumun dəyişməsi üçün bir ay vaxt verib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində S.Şoyqu cəbhədəki vəziyyəti yaxşılaşdırmalı, Ukraynanın əks-hücumlarını dayandırmalı və Rusiya qüvvələrinin daha geniş ərazilərə hücumu üçün şərait yaratmalıdır: “Kreml daxilindəki mənbələr də belə deyirlər. Əgər bu …

Read More »

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb. İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq vəfat edib. Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.

Read More »

Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”

“İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa getdikcə daha çox yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olar”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu deyib. O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, digər ərəb ölkələrinə münasibətlərin normallaşdırılması …

Read More »

Tokayev ABŞ-ı Mərkəzi Asiya ölkələrini hədələməməyə çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda Cozef Bayden və Mərkəzi Asiya ölkələrinin başçıları ilə görüşündə ABŞ Prezidentini nüvə silahının olmadığı Mərkəzi Asiya ilə bağlı protokolu ratifikasiya etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bu protokolu ratifikasiya etmiş dövlətlər Mərkəzi Asiya ölkələrinə qarşı nüvə silahından istifadə etməyəcəklərini və onları hədələməyəcəklərini öhdəliklərinə götürüblər. Tokayev qeyd edib …

Read More »