Britaniya hakimiyyəti “Vaqner” xüsusi hərbi qurumunu terror təşkilatları siyahısına əlavə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, muzdlu təşkilatın terrorçu elan edilməsi üçün sentyabrın 6-da parlamentə müvafiq sənəd təqdim edilib: “Bu gün “Vaqner” terror təşkilatı elan edilib. Qərar dərhal qüvvəyə minir. “Vaqner”ə mənsub olmaq və ya aktiv şəkildə dəstəkləmək Böyük Britaniyada cinayət …
Read More »Türkiyəli nazir: “Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”
“Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır: “Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.
Read More »Liviyada daşqın qurbanlarının sayı 3 minə çatıb
Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 3 minə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Liviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. “Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı 3 min nəfərdir, minlərlə insan isə itkin düşüb”, – Liviyanın Səhiyyə Nazirliyi məlumat verib.
Read More »Ərdoğan: “Türkiyə Liviyaya xilasedicilər və 3 təyyarə humanitar yardım göndərəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya ilə həmrəy olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. “Türkiyə Liviya xalqının yanındadır”, – paylaşımda bildirib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti Liviyanın Benqazi şəhərinə 168 xilasedici və humanitar yardımın olduğu 3 təyyarə göndərmək qərarına gəlib. Xatırladaq ki, sentyabrın …
Read More »NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyi planlayır
NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini gələn il keçirməyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb. Bildirilib ki, “Sabit Müdafiəçi” adlanan təlimə ən azı 41 min əsgər və 50-dən çox gəmi cəlb ediləcək. Təlim zamanı 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir. Qeyd olunub ki, təlimin əsas məqsədi Rusiyanın ehtimal olunan təcavüzünə hazırlıqdır. …
Read More »Hindistan sahilində güclü zəlzələ olub
Hindistan səhilində 5,6 maqnitudalı zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Xidmətin verilənlərinə əsasən, zəlzələnin episentri yarım milyon əhalisi olan Mataram şəhərindən 202 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 509 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. Bölgədə sunami təhlükəsi elan olunmayıb.
Read More »Afrika İttifaqı G20-yə daimi üzv olub
Afrika İttifaqı “Böyük İyirmiliy”ə (G20) daimi üzv olub. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olunub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” hesabında bundan məmnunluğunu ifadə edib. Qeyd edək ki, G20-də təmsil olunan daha bir təşkilat Avropa İttifaqıdır.
Read More »Hakan Fidan bu gün yunanıstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı George Gerapetritis ilə görüşəcək. Boyukmillet.com xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq. “Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim …
Read More »Yelena Zelenskaya: “Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”
“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib. O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir: “Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”. Y.Zelenskaya deyib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb: “Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram …
Read More »ISW: Ukrayna ordusu iki istiqamətdə irəliləyib
Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən bildiriblər. İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Oleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60 %-ni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar