Türkiyənin bir sıra şəhərlərində yağan güclü yağışlar nəticəsində azı 3 nəfər ölüb. Sitat.info xəbər verir ki, bu barədə ölkənin “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr bildirib ki, leysan yağışlar Türkiyənin bir çox bölgələrində daşqınlara səbəb olsa da, ən çox Aksaray, Kayseri və Nevşehir zərər çəkib. Xilasedicilər hələ də dağıntıları ayırd etmək və Türkiyənin bir neçə regionunda itkin düşənlərin axtarışını davam etdirirlər.
Read More »Bavariyanın Baş naziri antisemit qalmaqalından sonra naziri işdən çıxarmayıb
Almaniyada Bavariyanın Baş naziri Markus Zöder məktəb illərində antisemit vərəqələr yaydığı iddia edilən federal əyalətin iqtisadiyyat naziri Hubert Eyvanqeri vəzifəsindən uzaqlaşdırmamaq qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Focus” məlumat yayıb. “Hadisənin üzərindən 35 il keçib. Heç kim əvvəlki kimi qalmır. Onun işdən çıxarılması isə qeyri-mütənasib olardı”-deyə, Baş nazir bildirib. Onun sözlərinə görə, Hubert Eyvanqer gəncliyində ciddi səhvlərə yol verdiyini, …
Read More »Keçmiş Amerika kəşfiyyatçısı: “Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə olacaq”
“Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə olacaq. Çünki Fransız siyasi elitaları Afrikanın uzun müddət istismarı ilə var-dövlət qazanıblar”. Boyukmillet.com xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı və BMT müfəttişi Skott Ritter bəyan edib. Onun sözlərinə görə, hazırda Qabonda baş verənlər Afrikada, xüsusən də Fransa ilə bağlı müstəmləkəsizləşdirmə prosesinin davamlı təzahürüdür. Ritterin fikrincə, Afrikada baş verən hadisələr …
Read More »Britaniyalı general Qərbin Ukraynaya silah tədarükünü nə vaxt artıracağını açıqlayb
“Qərb 2024-cü ilin ortalarına qədər Ukraynanı intensiv şəkildə silahla təchiz etməyə başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə 2013-2016-cı illərdə Birləşmiş Qüvvələr Komandanlığına rəhbərlik etmiş, istefada olan britaniyalı general Riçard Barronsun Britaniyanın “Financial Times” qəzetinə yazdığı məqalədə deyilir. Onun sözlərinə görə, hərbi uğurun müəyyənedici amili Qərbin və Ukraynanın hərbi-sənaye potensialıdır: “Ehtiyatlardan daha çox tədarük edilə bilərdi, lakin Ukraynanın kampaniyası indi …
Read More »Corc Dikin müsahibə verməsi qadağan edilməlidir – Amuli
İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışları qadağan edilməlidir. Boyukmillet.com xəbər verir ki, bu tələblə Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli çıxış edib. “İsrailin Azərbaycandakı səfiri hər dəfə danışanda İsrail üçün böyük fəlakət yaradır. Əgər İsrail Xarici İşlər Nazirliyi öz maraqlarına həssasdırsa, onun müsahibə verməsini qadağan etməlidir”, – o bildirib. Ərəb ölkələri ilə İsrailin münasibətlərinin normallaşdırılması …
Read More »İngiltərədən dünyanı ŞOK EDƏN QƏRAR – O bölgəni “müstəqil dövlət” elan etdi – SƏRT TƏPKİ
İngiltərə parlamenti Çin-Birləşmiş Krallıq münasibətlərinə təsir edəcək qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu gün dərc etdiyi hesabatda Tayvan ilk dəfə olaraq “müstəqil ölkə” kimi müəyyən edilib. Komitənin hesabatında deyilir: “Tayvan hazırırda müstəqil bir ölkədir. Tayvan daimi əhali, müəyyən edilmiş ərazi və digər ölkələrlə əlaqə qurmaq imkanları da daxil olmaqla, dövlətçilik üçün bütün şərtlərə malikdir.” …
Read More »Türkiyədə sabiq nazirin meyidi tapıldı
Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölmüş vəziyyətdə tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cümhuriyyət” məlumat yayıb. Hadisəyə ilkin səbəb kimi ürəktutması göstərilir. Faktla bağlı istintaq başladılıb. Qeyd edək ki, 68 yaşlı K.Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.
Read More »Bu halda ABŞ-ın Ukraynaya yardımı dayandırılacaq
Əgər Vaşinqtonun Kiyevə silah ötürməsi ABŞ-ın döyüş hazırlığına mənfi təsir göstərsə, bu yardım dayandırıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin silah təchizatı üzrə müşaviri Uilyam Laplant deyib. Laplantın sözlərinə görə, ABŞ-ın döyüş hazırlığı hərbi idarənin rəhbərliyi tərəfindən diqqətlə izlənir. Həmçinin, Kiyevə kömək üçün Vaşinqton müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələri tərəfindən ən çox istifadə edilən artilleriya mərmiləri də …
Read More »Avqustun 31-də Moskvada Rusiya və Türkiyə XİN başçılarınının görüşü olacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat daxil olub.
Read More »BMT Malidən sülhməramlı missiyasını çıxarır
BMT-nin Malidəki sabitləşmə üzrə çoxölçülü kompleks missiyası (MINUSMA) bu ölkədən sülhməramlı kontingentinin çıxarılmasının birinci mərhələsini başa çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb. “Mavi Dəbilqəlilər” birinci mərhələdə nəzərdə tutulan son bazaları – ölkənin şimalındakı Ber, Qundam və şərqdəki Menaka şəhəri ərazisini tərk ediblər. İkinci və son mərhələ başlayıb. Qeyd edək ki, ikinci mərhələ dekabrın ortalarına qədər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar