İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Benyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib. Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.
Read More »Rusiyanın hərbi jurnalisti Ukraynada öldü
RİA agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukrayna ordusunun hücumu zamanı Zaporojyenin Pyatixatki kəndi yaxınlığında öldürülüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı məlumat yayıb. Bundan başqa, agentliyin fotomüxbiri Konstantin Mixalçevski, “İzvestiya”nın müxbiri Roman Polşakov və operator Dmitri Şikovun yaralandığı da bildirilib. Qeyd edək ki, Rostislav Juravlev İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın lehinə reportajlar hazırlayıb.
Read More »Ərdoğan Şimali Kiprin prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfəri çərçivəsində prezident Ersin Tatar ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Türkiyə və KKTC liderləri Lefkoşadakı “Concorde” otelində təkbətək görüş keçiriblər. Görüşdən sonra iki lider Şimali Kipr Türk Respublikası vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi haqqında Saziş və Şimali Kipr Türk Respublikasının Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında …
Read More »Rusiyada hərbi komissarlığın binası yandırılıb
Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb. Boyukmillet.com xəbər verir ki, “Kommersant”a istinadən xəbər verir ki, yerli polis bölməsi məlumatı təsdiqləyib. Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub. Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb. Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, 2022-ci ilin sentyabrında vilayətin Kirov …
Read More »İsrail Suriyada İrana bağlı qüvvələrin bazalarını vurdu
İyulun 19-da İsrail Hava Qüvvələrinə məxsus qırıcılar İrana bağlı Hizbullah qruplaşmasının Dəməşq ətrafında yerləşən silah-sursat bazalarına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumatda anbarların dağıdıldığı və iki hərbçinin yaralandığı bildirilib. Qeyd edək ki, bu, cari ildə İsrailin Suriyada yerləşən İran və ona bağlı hədəflərə iyirminci hücumudur.
Read More »Ruslar döyüşmür, bir neçə tağım təslim oldu
Ukraynanın cənubundakı rus qoşunları təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşamaqda davam edir. Bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kremlə bağlı olan məşhur rusiyalı bloger əks-hücum əməliyyatları ilə Ukrayna ordusunun cənub bölgələrini saxlayan Rusiya qüvvələrini tükəndirdiyini bildirib. O, həmçinin …
Read More »Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb
Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib. “Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə – 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib”, – Çerevatıy bildirib. O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik …
Read More »Britaniya mərmi və texnika ehtiyatlarının bərpası üçün 3,3 milyard dollar ayıracaq
Böyük Britaniyanın Müdafiə Nazirliyi krallığın anbarlarındakı silah və sursat ehtiyatlarının bərpası üçün əlavə 2,5 milyard funt sterlinq (indiki məzənnə ilə 3,27 milyard ABŞ dolları – Qeyd) ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd edək ki, Britaniya Silahlı Qüvvələrinin inkişafı ilə bağlı yenilənmiş plan dərc ediləcək. Müdafiə naziri Ben Uolles deyib ki, sənəd təhlükələrə uyğunlaşma zərurəti və …
Read More »Yaponiya yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir
Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Yomiuri qəzeti məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar avqustun əvvəlində qüvvəyə minə bilər. Bundan əlavə, Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin ixracını …
Read More »London rusiyalı nazirlərə sanksiya tətbiq etdi
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka və Adıgey qubernatorları, jurnalist Anton Krasovski və bir neçə başqa məmur siyahıya əlavə olunub. Krımda yerləşən “Artek” uşaq mərkəzi də sanksiyalara məruz qalıb”, – məlumatda deyilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar