“Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya, yəqin ki, əsas döyüş tanklarının yarısını itirib”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin (Pentaqon rəhbərinin) müavini Kolin Kal deyib. O bildirib ki, Rusiya, həmçinin dəqiq silahların əksəriyyətindən istifadə edib: “Rusiya Prezidenti Vladimir Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibənin nəticəsində zəifləyəcək”. K.Kal söyləyib ki, Rusiyanın itkiləri SSRİ-nin Əfqanıstandakı itkilərindən qat-qat çoxdur. Qeyd …
Read More »Putinin sözləri Makronu qorxudub
Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla telefon danışığında ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə zərbələr endirməsini xatırlatması Qərb liderlərini təşvişə salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, Putin Makronla söhbətində 1945-ci ildə Yaponiyanın təslim olmasına səbəb olan partlayışların böyük şəhərlərə hücum etmədən qələbənin mümkünlüyünü göstərdiyi …
Read More »Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb
Polşada Vişeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) “PUMA-2022” təlimləri başlayıb.. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli PAP agentliyi məlumat yayıb. Təlimlərə ABŞ və Böyük Britaniya hərbçiləri də qatılıb. Manevrlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsidir. Təlimlərdə 2 minə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı, kimyaçı və 300-ə yaxın texnika iştirak edir. Qeyd olunur ki, …
Read More »BMT-nin İqlim Konfransı öz işinə başlayıb
Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək. Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək. Tədbir noyabrın 18-dək davam edəcək. …
Read More »Suriyada PKK/YPG-nin qruplaşma rəhbəri zərərsizləşdirilib
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror təşkilatının Suriyanın Ayn İsa əyaləti üzrə qruplaşmasının rəhbəri, “Azad” ləqəbli, İraq əsilli Kays Berho Sulayvanı zərərsizləşdirib. Bu barədə “Haber Global”a istinadən xəbər verir. Əməliyyatın təfərrüatları açıqlanmır.
Read More »Mövlud Çavuşoğlu Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Abu-Dabidə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir tviterdə yazıb. O bildirib ki, C.Borellə Ukraynadakı və şərqi Aralıq dənizindəki durum müzakirə olunub.
Read More »NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib
“Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Ukraynadakı savaşı Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər”.
Read More »Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”
“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”. …
Read More »Şimali Koreya ballistik raket buraxıb, Yaponiyada həyəcan siqnalı verilib
Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Boyukmillrt.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi cənubi koreyalı hərbçilərə istinadən məlumat yayıb. “Şimali Koreya Şərq dənizi istiqamətinə müəyyənləşdirilməyən ballistik raket atıb”, – məlumatda qeyd olunub. Eyni zamanda Yaponiya KİV bildirib ki, Şimali Koreyanın raketi Sakit okean istiqamətinə Yaponiya üzərindən keçib. Hadisə ilə bağlı adanın həmin ərazisində hava həyəcanı siqnalı …
Read More »ABŞ noyabrın əvvəlində Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək
ABŞ NASAMS zenit-raket komplekslərini noyabrın əvvəlində Ukraynaya təhvil verməyi, eyni zamanda ukraynalı hərbçilərə bu silahlardan döyüşdə istifadə qaydalarını öyrətməyə başlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ raket hücumlarından və pilotsuz uçuş aparatlarından qorunmaq üçün onu öz ehtiyatlarından “Hawk” sistemləri ilə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
