Tehran razılığa gələnə qədər ABŞ Hörmüz boğazındakı İran limanlarını blokadada saxlamağa davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial”da yazıb. “Ən əsası, İranı tamamilə məhv edən blokada, razılaşma əldə olunana qədər qaldırılmayacaq. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir”, – deyə o vurğulayıb. Trampın sözlərinə görə, bir …
Read More »Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub
Bölgədə vəziyyətin gərginləşməsi nəticəsində Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, tamamilə dayandırılıb. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, bunu “SynMax” və “Kpler” şirkətlərinin monitorinq və təhlil məlumatları göstərir. Qeyd olunub ki, son 12 saat ərzində boğazdan yalnız üç keçid qeydə alınıb. Böyük Britaniyanın sanksiyaları altında olan neft məhsulları daşıyan “Nero” tankeri Fars körfəzini tərk edib və hazırda boğazdan keçir. …
Read More »Çin ABŞ və İranı atəşkəs rejiminə məsuliyyətlə yanaşmağa çağırıb
Çin ABŞ tərəfinin İran yük gəmisini “zorla ələ keçirməsindən” narahatlığını ifadə edib. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə aprelin 20-si Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Qo Tszyakun brifinqdə bildirib. Tszyakunun sözlərinə görə, Çin müvafiq tərəfləri məsuliyyətlə hərəkət etməyə və atəşkəs razılaşmasına əməl etməyə çağırır. “Hörmüz boğazında vəziyyət həssas və mürəkkəbdir”, – XİN nümayəndəsi deyib. Onun sözlərinə görə, tərəflər …
Read More »Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımda Rusiya Hərbi-Dəniz Donanmasının ümumi dəyəri təxminən 150 milyon dollar olan iki desant gəmisini vurub. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir. Qurumun məlumatına görə, aprelin 18-dən 19-na keçən gecə Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin döyüşçüləri Rusiya Qara Dəniz Donanmasının Sevastopol buxtasında olan gəmilərinə …
Read More »İranda vurulan xəstəxanadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO
Müharibə zamanı İsrail və ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində zərər gördüyü xəstəxananın görüntüləri yayılıb. Boyukmillet.com “Azad İran”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda xəstəxana binasında ciddi dağıntılar, qırılmış şüşələr və zədələnmiş otaqlar diqqət çəkir. Həmin görüntüləri təqdim edirik:
Read More »İran hava məkanını qismən açıb
İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb. “İranın hava məkanının şərq hissəsindəki marşrutlar beynəlxalq reyslər üçün açıqdır”, – qurumdan bildirilib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Nəticədə İranın …
Read More »Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrüyə uçuşlara başlayacağına ümid edir
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrüyə də uçuşlara başlayacağını gözləyir. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu brifinqdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə dair suala cavabında bildirib. Baş nazir bunun yaxın vaxtlarda baş verə biləcəyinə ümidvar olduğunu deyib. Paşinyan xatırladıb ki, “Turkish Airlines” aviaşirkəti bu ilin martından İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.
Read More »Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər
Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatlara qayıda bilər. Boyukmillet.com-un məlumatına görə, Ağ Ev rəhbəri Vaşinqtona gedərkən Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib. “Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq”, – o, Vaşinqton və Tehran mövcud atəşkəs müqaviləsinin çərşənbə günü …
Read More »Əraqçi Hörmüz boğazının açıldığını bildirib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz boğazı açıq olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Əraqçi özünün “X” səhifəsində bildirib. “Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən artıq açıqlanmış razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan dövrü üçün tam açıq elan edilir”, – o bildirib. Qeyd edək …
Read More »Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı “Remi Gazete”də yayımlanıb. Belə ki, Avstraliyanın ümumvətəndaş pasportuna malik vətəndaşları bundan sonra Türkiyəyə turistik məqsədlə və ya tranzit keçid üçün səyahət etdikdə viza almaq məcburiyyətində olmayacaqlar. Qərara görə, onlara hər 180 gün ərzində maksimum 90 gün Türkiyədə qalmaq imkanı verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar