Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Netanyahunun Azərbaycana səfərinin təxirə salındığı bildirilir

Məlumata görə, buna səbəb Türkiyənin öz hava məkanından keçməyə icazə verməməsidir İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinin təxirə salındığı bildirilir. Baş nazirliyin açıqlamasında səfərin təxirə salınmasının “bölgədəki təhlükəsizlik vəziyyəti və diplomatik cədvəlin sıxlığı” ilə əlaqəli olduğu bildirilib. “Reuters”in məlumatına görə, bu qərarın arxasında Qəzzadakı əməliyyatların genişləndirilməsi üçün minlərlə ehtiyat hərbçinin çağırılması və Livan sərhədi ilə işğal altındakı Qərb Sahilinə yerləşdirilməsi kimi hərbi …

Read More »

ABŞ Apelyasiya Məhkəməsi “Azadlıq” və “Amerikanın səsi” radiolarının əleyhinə qərar verib

Məhkəmə xəbər qurumlarının fəaliyyətini bərpa etməsinə icazə verən aşağı instansiyanın qərarını dayandırıb ABŞ Apelyasiya Məhkəməsi “Azad Avropa/Azadlıq” radioları (RFERL) və digər xəbər qurumlarına fəaliyyətini bərpa etməsinə icazə verən qərarı dayandırıb. Vaşinqtondakı üç hakimdən ibarət Kollegiyanın 1 may və eyni Kollegiyanın 3 may tarixli müvafiq qərarı “Azad Avropa/Azadlıq” radiolarının büdcəsinin, eləcə də material dərc etməyə və yayımlamağa davam etmək qabiliyyətini sual altına …

Read More »

Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb

Pakistanın BMT-dəki daimi nümayəndəsi Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsini tələb edib. Bu barədə “Report”un ABŞ bürosuna Pakistanın BMT-dəki missiyasının mətbuat müşaviri Amanat Əli məlumat verib. A. Əli bildirib ki, regional mühitin pisləşməsi və Hindistanla Pakistan arasında gərginliyin artması, xüsusilə də Cəmmu və Kəşmirdəki vəziyyətin həm regional, …

Read More »

ABŞ Sənada husilərin silah anbarlarına zərbə endirib

ABŞ Silahlı Qüvvələri “Ənsar Allah” hərəkatından olan husilərin nəzarətində olan Sənada yerləşən obyektlərə bir sıra zərbələr endiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Kanalın mənbələrinin məlumatına görə, ABŞ Sənanın cənubunda yerləşən Əs-Savad rayonunda husilərin silah saxlamaq üçün istifadə etdikləri anbarlara azı üç hava zərbəsi endirib. Xatırladaq ki, martın 15-də ABŞ qüvvələri Prezident Donald Trampın əmri ilə …

Read More »

Tramp ABŞ Silahlı Qüvvələrini kartellərlə mübarizə üçün Meksikaya göndərmək təklifini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp bazar günü Meksikaya bu ölkənin rəhbəri Klaudia Şeynbauma narkotik ticarəti ilə mübarizədə kömək etmək məqsədilə Amerika qoşunlarını göndərmək təklifini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri Florida ştatından Vaşinqtona uçan təyyarəsində mətbuatla ünsiyyətdə olub. Tramp bildirib ki, belə bir təkliflə çıxış edib, çünki narkokartellərdə “dəhşətli insanlar” var və onların ucbatından minlərlə insan həlak olur. “Əgər Meksikanın …

Read More »

İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb

İsveç miqrantların ölkələrinə qayıtması üçün ayrılan yardımın məbləğini 900 avrodan 32 min avroya qədər artırmağa hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson “Euronews” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, miqrasiyaya mütləq nəzarətin yaradılması vacibdir. Baş nazir bildirib ki, ölkəni tərk etmək üçün maddi vəsaitin artırılması miqrantlarla bağlı bəzi problemlərin həllinə kömək edə bilər. Kristersson vurğulayıb ki, …

Read More »

Zelenskidən 9 May paradında iştirak edəcək liderlərə xəbərdarlıq – “Risk var”

Ukrayna Prezidenti Volodimir Zelenski 9 Mayda Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib. Boyukmillet.com xəbər verir ki, Zelenski xarici ölkə nümayəndələrinin bu tədbirdə iştirakının təhlükəsizliyi ilə bağlı məsuliyyətin Ukraynanın üzərində olmadığını bildirib. “Ukrayna digər ölkələrin nümayəndələrinin 9 May paradı üçün Moskvaya planlaşdırılan səfərləri zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməz. Çünki Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və …

Read More »

Qara dəniz üzərində 11 raket məhv edilib

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus səkkiz “Storm Shadow” qanadlı və üç “Neptun-MD” raketini məhv edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Növbətçi HHM vasitələri tərəfindən Qara dəniz akvatoriyası üzərində raketi məhv edilib”, – məlumatda bildirilib.

Read More »

Çinin şərqində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Boyukmillet.com “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb. Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər …

Read More »

Dövlət Departamenti Ukraynada F-16-ların istismarı üzrə təlim müqaviləsini təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukrayna ilə F-16 qırıcılarının istismarı və texniki qulluq üzrə təlim xidmətlərinin təmin edilməsi üçün təxminən 311 milyon dollar məbləğində müqavilənin bağlanmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. “Dövlət Departamenti Ukrayna hökumətinə F-16 təyyarələrinin və əlaqəli avadanlıqların istismarı və …

Read More »