Bazar , 11 Yanvar 2026

Digər ölkələr

Dövlət Departamenti Ukraynada F-16-ların istismarı üzrə təlim müqaviləsini təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukrayna ilə F-16 qırıcılarının istismarı və texniki qulluq üzrə təlim xidmətlərinin təmin edilməsi üçün təxminən 311 milyon dollar məbləğində müqavilənin bağlanmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. “Dövlət Departamenti Ukrayna hökumətinə F-16 təyyarələrinin və əlaqəli avadanlıqların istismarı və …

Read More »

İsrail Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə yaydığı bəyanata istinadən məlumat yayıb. Qəzet bəyanatdan sitat gətirib: “Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”.

Read More »

BMT-də maliyyə probleminə görə kütləvi ixtisarlar həyata keçirilə bilər

Birləşmiş Millətlər Təşkilatı əsas departamentlərin birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan köklü restrukturizasiyanı nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəhbərlik etdiyi işçi qrupunun hazırladığı məxfi altı səhifəlik memoranduma istinadən Reuters agentliyi məlumat yayıb. Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan …

Read More »

Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib

ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. Boyukmillet.com -un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib. “Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, …

Read More »

Suriyada şəhər meri və oğlu öldürülüb

Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb. Boyukmillet.com -un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib. Daha əvvəl siyasətçi sakinləri paytaxtın druzlar yaşayan ətraf …

Read More »

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı Dövlət Səhiyyə İnstitutuna istinadən məlumat yayıb. Xəstəlik əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə daha sürətlə yayılır. Yanvardan aprelin 28-dək respublikada 424 xəstəlik halı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Hepatit A altı vətəndaşın ölümünə səbəb olub. Eyni zamanda, tibbi …

Read More »

ABŞ-nin vitse-prezidenti: Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riskini təhdid edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib. Onun fikrincə, münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər: “Müharibənin daha bir neçə il davam etməsi cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq. Bu, nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. Prezident Donald Tramp öz komandasına hər vasitə ilə …

Read More »

Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, tərəflərin heç biri itkilər barədə məlumat yaymayıb. Bu arada “Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağı düşünür. Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün təyyarələrin marşrutunu Çin …

Read More »

Nigeriyada bomba dolu avtomobillər partlayıb, azı 26 nəfər ölüb

Nigeriyanın şimal-şərqində kustar üsulla hazırlanan bombanın partlaması nəticəsində ən azı 26 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, ölkənin şimal-şərqindəki Borno əyalətində partlayıcı ilə dolu iki avtomobil partlayıb.

Read More »

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” öz hesablamalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib. Lakin ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Belə ki, bir neçə ixtisar dalğasından sonra onun …

Read More »