Bazar , 19 Yanvar 2025

Digər ölkələr

Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev Xarkov şəhərinə səfər edib

Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev iyulun 27 və 28-də Xarkov vilayətinin və Xarkov şəhərinin rəhbərliyi, diaspor təşkilatlarının nümayəndələri və iş adamları ilə bir sıra işgüzar görüşlər keçirəcək. Boyukmillet.com xəbər verir ki, səfir Xarkov vilayətinin işğaldan azad edilmiş ərazilərinə də səfər edəcək.

Read More »

Çox təhlükəlidir: Rusiya qalib gəlsə… – Danilov

Onlar nə istəyirlər, edə bilərlər. Onlar üçün ümumiyyətlə beynəlxalq hüquq yoxdur. Bu, dünya üçün böyük faciədir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ABŞ Dövlət Departamentinin Rusiyanın Qara dənizdə “yalançı bayraq əməliyyatı” hazırlaya biləcəyi barədə məlumatını şərh edərkən deyib. A.Danilov qeyd edib ki, Rusiyaya hər hansı güzəşt çox təhlükəlidir: “Çox, çox təhlükəli vəziyyətdir. …

Read More »

Rusiya öz istehsalı olan “Şahid”lə hücum edir

Rusiya İran dronlarından istifadə etmir. Bunlar hamısı Qərbin və Ukraynanın təbliğatıdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ukrayna-Rusiya müharibəsində istifadə edilən dronlarla bağlı yayılan xəbərləri şərh edərkən deyib. O, Rusiyanın dron istehsal etmək gücündə olduğunu vurğulayıb: “Dronlar uçuş aparatıdır. Rusiyanın isə öz aviasiya sənayesi, nano-materiallar, titan istehsalı və s. var. Qısası, Rusiyanın dron istehsal etməyə kifayət …

Read More »

İnstitut: Ukrayna Ordusu ciddi şəkildə əks-hücum əməliyyatına başlayıb və Rusiyanın müdafiəsini yarıb

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində iri mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb və ehtimal ki, Orexovun cənubunda müəyyən mövqelərdə Rusiyanın müdafiəsini yarıb. Boyukmillet.com xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnsitutunun analitikləri gəlib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr və bir neçə rusiyalı müharibəmeyilli bloqçular Robotino kəndi istiqamətində (Orexovodan 10 km cənubda) Ukraynanın cəbhədən hücumu barədə məlumat veriblər. Geolokasiya görüntüləri …

Read More »

Borrelldən Quranın yandırılmasına reaksiya

Avropada bir çox müsəlmanı incidən son hərəkətləri nəzərə alaraq, AB dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarına qəti şəkildə qarşı olduğunu bir daha təsdiqləyir. Boyukmillet.com xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib. “Müxtəlifliyə hörmət Avropa Birliyinin əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir”, – o bildirib. Borrell qeyd edib ki, müqəddəs sayılan hər bir kitab kimi …

Read More »

Bakı-İrəvan normallaşması prosesi asan getmir – Zaxarova

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Rusiya üçün iki qardaş xalqın sülh prosesi humanitar sahəni də əhatə etməlidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Rusiyanın dəstəyi ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert icmaları, dini liderləri arasında dialoqun davam etdirilməsi, …

Read More »

Zelenski: “Ukrayna hava hücumundan müdafiə sistemini gücləndirəcək”

“Ukrayna hava hücumundan müdafiə sistemini gücləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik onlayn iclasın gedişində bəyan edib. “Silah və sursatların tədarükü ilə bağlı cari hesabatları dinlədim. Bizim hava hücumundan müdafiə sistemimizi gücləndirmək üçün təşəbbüslər və səylər var. Bu sistemlər ən çox ehtiyac duyulan yerə göndəriləcək”, – deyə Prezident vurğulayıb. Bundan əlavə, iclasda Baş Kəşfiyyat İdarəsi və …

Read More »

Putin rus elitasına inamını itirib: daxili təhlükəsizlik aparatı Rusiya Qvardiyasına birləşdirilir

Kremlin “Vaqner” PMC-nin üsyanına dərhal reaksiya verə bilməməsi Rusiya prezidenti Vladimir Putini yeni qərarlar vermək məcburiyyətində qoyub. Çünki o, Rusiya Federasiyasında yarana biləcək ekstremal vəziyyətdə elitanı toplayacağına əmin deyil.Boyukmillet.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında qeyd olunur ki, “Vaqner”in üsyanından azı 2-3 gün əvvəl xüsusi xidmət orqanları Rusiya prezidentinə bu barədə xəbərdarlıq ediblər. Ekspertlərin fikrincə, Rusiya Federasiyası qiyamdan …

Read More »

“Vaqner”lə əməkdaşlığa görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edilib

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti ilə əməkdaşlıq etdiyinə görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb. Bildirilib ki, bu sanksiya son iki ildə Malidə “Vaqner”in təhlükəsizliyinin təmin edilməsində rol oynamış əsas məmurları ifşa edib: “Bu məmurlar ölkə vətəndaşlarını və dinc sakinləri “Vaqner”in pozucu fəaliyyəti qarşısında müdafiəsiz qoyub”. Məlumata görə, həmin …

Read More »

Netanyahu xəstəxanadan buraxılıb

İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. Eyni zamanda, bu gün İsrail parlamentində hüquq islahatlarına dair ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ məlum deyil.

Read More »