Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür etdi

“Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşmiş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi”.Bunu Azərbaycanın Xarici İşlər naziri …

Read More »

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi …

Read More »

Baş redaktordan Müsavatdakı seçkilərə və AXCP trollarına ironik MÜNASİBƏT + FOTO

Sənan Nəcəfov: “Bu partiyadan biri çıxıb demir ki, a kişi, gedin öz dərdinizi çəkin, ayıbınıza kor olun: 20 ildir sədriniz dəyişmir” Ötən həftə sonu Müsavat partiyasının qurultayı, eləcə də başqanlığa və Məclis üzvlüyünə keçirilən seçkilərdən sonra, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə müxtəlif maraq doğuran fikirlər səslənməkdədir.Boyukmillet.com xəbər verir ki, başqanlığa namizədlərin keçirilən seçkilər barədə fikirlərini bildirərkən saxtakarlıqların olduğunu istisna etməmələri, …

Read More »

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Boyukmillet.com-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin …

Read More »

“Bir millətin iki mediası, iki diasporu ola bilməz” – Əli Həsənov

“BMT-nin 4 qətnaməsi qeyri-şərtsiz işğal altında torpaqların azad olunmasını, bu torpaqlardan didərgin salınmış qaçqın və məcburi köçkünlərin qayıtmasını tələb eləsə də, Ermənistan dövləti və işğalçı rejim hələ də torpaqlardan geri çəkilmək fikrində deyil, və konstriktiv mövqe nümayiş etdirmir”.Boyukmillet.com Azadinform-a istinadla xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün keçirilən “Qlobal medianın inkişaf trendləri: Risklər və …

Read More »

Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 3-cü yarış günündə qadınlar arasında triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multiidman) növü üzrə fərdi mübarizədə çıxış edən Kseniya Levkovska 30:03 nəticə ilə gümüş medal götürüb. Birinci yeri ispaniyalı Tous Franciska (29:38) tutub. Bürünc medala isə Rumıniyanı təmsil edən Manak Antoanela (30:17) layiq …

Read More »

Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.  Boyukmillet.com xəbər verir ki, nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır.  Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Bakıda Özbəkistanın təşkilata …

Read More »

Putini cadu-pitidən qoruyan və bəsirətlərini paylaşan qoca – “Kremlin ağsaqqalı” – Fotolar

Oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin cəmiyyətdə az tanınan, amma siyasi çevrələrdə geniş şöhrət sahibi olan bir keşişi ordenlə mükafatlandırıb.O kimdir? Rusiyaya hansı xidmətləri göstərib? Boyukmillet.com rus mediasına istinadla “Kremlin ağsaqqalı” kimi tanınan pravoslav ruhani ilə bağlı araşdırma aparıb. …2010-cu ilin aprel ayında boz saçlı, qozbel, abid qoca İlya (Nozdrin) Anatoli Brovko adlı pərəstişkarı ilə görüşdü. İkisinin də həyatında mühüm …

Read More »

Azərbaycan-İran sərhədində insident: Bir sərhədçimiz yaralandı

zərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir. 2019-cu ilin 12 oktyabr tarixində saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub. …

Read More »

Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar rəsmi “İnstagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın …

Read More »