Şənbə , 7 Noyabr 2026

Dünya

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında qızıl medal qazanıb

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. “Boyukmillet.com”un məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. Qeyd edək …

Read More »

Dövlət Komitəsi Azərbaycanda məişət zorakılıqları ilə bağlı açıqlama yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlərlə əlaqədar açıqlama yayıb. “Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı …

Read More »

Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb.  “Boyukmillet.com”un məlumatına görə, oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək.  Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq.  Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze …

Read More »

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib – VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı keçirilib. Bu barədə “Boyukmillet.com“a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub. Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, …

Read More »

YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar

Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında YPG/PKK terrorçularına qarşı başlatdığı əməliyyat uğurla davam edir. Artıq 15-dən çox yaşayış məntəqəsi, kənd terrorçulardan azad edilib. Geri çəkilməkdə olan terrorçular böyük itkilər verməklə yanaşı, böyük qorxu və xəyal qırıqlığına uğrayıblar. Dünənə qədər silahsız türkmən xalqına basqın edən, yurdlarından qovan, türklərə ağır hədyanlar yağdıran YPG-PKK nın komandirləri indi ağlayırlar! Bu gün sahiblərinin dəstəyinə arxalanıb Qarabağdan …

Read More »

Azərbaycan Prezidentinin köməkçisindən Türkiyəyə dəstək mesajı: “Ən rasional yoldur”

Əli HƏSƏNOVAzərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Azərbaycan və Türkiyə iki dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir birinə dəstək olublar, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməkliyi əsirgəməmişik. Azərbaycan həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti …

Read More »

Jurnalistin qardaşının maşını vuruldu, özü söyüldü, polkovnik isə deyir ki… – DYP sürücü xanımı niyə qoruyur?

“Dövlət Yol Polisində baş verən özbaşınalığın, harın adamların necə pərdələnməsinin, daha doğrusu etdiyi cinayətdən necə yayındırılmasına sizin diqqətinizi yönəltmək istəyirəm. Burdan birbaşa daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edirəm ki, polisdə baş verən bu süründürməçiliyi şəxsi nəzarətinə götürsün”.Mia.az xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki səhifəsində yazıb.O bildirib ki, 9 oktyabır saat 20-17 radələrində qardaşı Qəribov Ramin Qərib oğlunun idarə …

Read More »

Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu

Elçibəy onlara “adam olun” deyərdi Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaxın silahdaşı Cahandar Bayoğlu müxalifət liderlərini Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Bulağı” (“Barış Pınarı”) hərbi əməliyyatını dəstəkləməməkdə ittiham edib. Boyukmillet.com bildirir ki, Cahandar Bayoğlu həmin şəxsləri özünün “facebook” səhifəsində yazdığı statusda suçlayıb:“Bu gün partiya sayılan Müsavat , AXCP, KXCP, XP kimi qrupların liderlərinin statuslarına göz gəzdirdim. Açığı deyim ki, bu …

Read More »

Suriyadan Türkiyəyə mesaj – “Ey, Ərdoğan, İslam dünyasını xilas et!”

“1918-ci ildən bəri türkləri gözləyirik” Suriyanın Münbiç şəhərindən Türkiyəyə çağırış edilib.  Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, şəhərin divarlarında “PKK-nı buradan qovun. Türk qardaşlarımızı gözləyirik. Ey, Ərdoğan, İslam dünyasını xilas et!” ifadələri yer alıb. Münbiçlilər sosial media hesablarında da Türk ordusuna durmadan çağırış ediblər: “1918-ci ildən bəri türkləri gözləyirik. Bizə kömək edin”. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın …

Read More »

Əliyev Aşqabadda bu sözləri ilə Ermənistanı ALT-ÜST ETDİ – Paşinyanın DİLİ DOLAŞDI (VİDEO)

Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı susdurub. https://www.youtube.com/watch?time_continue=1&v=r5QT5goD81g Boyukmillet.com xəbər verir ki, “RİA Novosti” sammitdə Azərbaycan lideri ilə erməni baş nazirin II Dünya Müharibəsi hadisələrinin izahı ilə bağlı mübahisə etdiklərini yazıb. Prezident İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırladıb. Qeyd edib ki, MDB dövlətləri dəfələrlə faşistləri …

Read More »