Çərşənbə , 1 Aprel 2026

Dünya

BMT-dən Azərbaycana qarşı təxribat – Azay Quliyev çağırış etdi

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk öncə deputat Azay Quliyev söz alıb BMT-də Azərbaycana qarşı təxribata əl atılmasından danışdı.   A.Quliyev bildirdi ki, BMT-nin üzvü olan hər bir ölkə bu quruma illik hesabat təqdim edir.    “Təəssüflər olsun ki, bu dəfə Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim …

Read More »

“Niyə 40 milyonluq əhalinin öz dilində telekanalı yoxdur?” – Nadir Qazipurdan Tehrana

Güney Azərbaycanın İran parlamentindəki deputatı Nadir Qazipur hökumətdən Azərbaycan (türk) dilinin ümumtəhsil məktəblərində tədrisini tələb edib. O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb. Nadir Qazipur deyib: “Niyə Mədəniyyət və İrşad Nazirliyi ölkə üzrə yayımlanan qəzetin nəşr olunmasına razılıq vermədi? Niyə ölkənin 40 milyonluq türk əhalisi üçün telekanal açılmadı? Cənab İslami, türkdilli müavinlərini işdən uzaqlaşdırdınız. Onlar türkdilli məmurlarla əvəz olunmalıdır. Türklər …

Read More »

BDM Milli Qəhrəman Aqarunovun yubileyini qeyd edəcək

Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək.Bu haqda boyukmillet.com-a BDM sədri İsmayıl Ağayev məlumat verib, O bildirib ki, Tədbirdə Azərbaycan ictimaiyyət nümayəndələri, İsrail və Türkiyədən qonaqlar iştirak edəcəklər. Yubiley tədbiri Qəhrəmanın doğum günü olan 25 apreldə saat 11:30-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Read More »

İSBAM-ın təqdimatında “Vətən saatı”

       İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Fövqəlaqdə Hallar Nazirliyinin Akademiyasında “Vətən saatı” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, General-mayor Baba Salayev hərbi vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, Akademiyanın bu istiqamətdə mütəmadi işlər apardığını bildirib. Daha sonra “Vətən saatı” silsiləsinə aid kitabların müəllifi, …

Read More »

Xalidə Bayramovanın yerli və qeyri-yerli media arasında seçimi – niyə məhz “Meydan TV” seçildi…

“Onun “Meydan TV” kimi Azərbaycanda fəaliyyətinə rəsmi qadağa qoyulan bir mediaya yazılı açıqlama göndərməsi çox böyük suallar yaradır” Bakı şəhəri 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən özünü atıb intihar edən  Elina Hacıyeva adlı məktəblinin faciəsi bütün ölkədə rezonansa səbəb oldu. Hətta bu məsələnin obyektiv araşıdırılması üçün ölkə rəhbərliyi sui-qəsd hadisəsi ilə bağlı gedən istintaqı şəxsi nəzarətinə götürdü. İstintaqın gedişi zamanı həmin məktəbin direktoru …

Read More »

Naxçıvanda ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir

  Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Boyukmillet.com-a verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılmış, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilir. Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilmiş, qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil …

Read More »

Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, …

Read More »

Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq

“23-25 aprel tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Şurasının 2-ci Gənc Liderlər Forumunun və Türk Dünyası gənclərinin Mədəniyyət və İncəsənət Festivalının açılışı keçiriləcək. Türk Şurasının yaradılmasının 10 illiyi ərəfəsində bu Forumun keçirilməsi adıçəkilən platforma çərçivəsində gənclərin əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addımdır. Həmçinin, bu istiqamətdə müzakirələrin genişləndirilməsi və mövcud potensialın qurumun prioritet məsələlərinin həlli istiqamətində səfərbər edilməsi üçün də xüsusi önəm kəsb …

Read More »

Zelenski Ukraynada seçkilərdə qalib gəlir – 75,8 faiz

Ukraynada prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlir. “Rosbalt” exit-poll-un qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib. Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb. Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq. 

Read More »

Fransada Azərbaycan məktəbinin açılışı olub – FOTO

  Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, məktəb Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib. “Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə …

Read More »