Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I …
Read More »Qapılarda qalan şəhid ailəsi-Mətanət Əsgərqızı
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı-Sizə iki məzarı olan aprel şəhidi Cabbarxan Hacıağayevdən danışacam. Cabbarxanın adı babalarından yadigar götürülüb. Nənəsi, ulu babası Səttarxanın qızıdır. Atası İlham Hacıağayev 1992-ci ildə Cabbarxan hələ dünyaya gəlməyəndə Lələtəpə uğrunda döyüşlərdə iştirak edib. Tale elə gətirdi ki, Cabbarxan da bu bölgədə hərbi xidmət keçdi. 2016-cı il aprelin 1-də evə dönməli idi. Məlum döyüşlər …
Read More »Əkrəm İmamoğlunun kabinetinin görüntüsü: Ərdoğanın portreti… – FOTO
İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun iş otağında prezident Rəcəb Tayyib Ərdoğanın fotosunun götürüldüyü, yerinə Mustafa Kamal Atatürkün rəsminin asıldığı iddia edilib. Boyukmillet.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu məsələyə aydınlıq gəlməsi üçün Əkrəm İmamoğlunun iş otağının yeni görüntüsü paylaşılıb. Məlum olub ki, Ərdoğanın fotosu iş otağından götürülməyib, sadəcə onun yeri dəyişdirilib. Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərinin başı üstündə Mustafa Kamal …
Read More »İraq Türkman Cəbhəsinin lideri Erşat Salihi MGT fəalları ilə görüşdü – FOTO
Bakıda səfərdə olan İraq parlamentinin millət vəkili, İraq Türkman Cəbhəsinin lideri dəyərli Erşat Salihi və İTC-nin Türkiyə təmsilçisi Mehmet Tütünçü ilə Milliyyətçi Gənclər Təşkilatının fəalları ilə görüşüb. Boyukmillet.com təşkilata istinadla xəbər verir ki, görüşdə Türkmanelinin hazırkı durumu, mövcud problemlər, Azərbaycanla əlaqələr və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə müzakirələr olub.Növbəti görüşün yaxın aylarda Kərkükdə keçirilməsi qərarına alınıb.
Read More »Bakıda “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpozium keçirilib
Bu gün “Park İnn” otelində “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpozium keçirilib. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən simpoziumda tədbirdə …
Read More »Azay Quliyev ATƏT PA və Bundetsaqın tədbirinə sədrlik edəcək
Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər. Milli Məclisin mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, “İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın …
Read More »Adil Əliyev ittihamlara cavab verdi: “Vaxtımı bu dələduz şaykasına sərf etmək istəmirdim, ancaq bunlar məcbur edirlər ki, bizi məhkəmələrdə süründür.”
Millət vəkili Adil Əliyev haqqında bir neçə gündür sosial şəbəkədə yayımlanan şikayətlə bağlı ittihamlar səngimir. O cümlədən, dünən Azərbaycan Reallığı səhifəsi canlı yayım edən vətəndaş Məmmədova Xəzəngülün nümayəndəsi Şükürov Ələmşah Nəsir oğlu iddia edir ki, müdafiə etdiyi şəxsin 1000 kvadrat metrlik torpaq sahəsini deputat Adil Əliyev özbaşına qeyri-qanuni yollarla zəbt edərək yerində “Çıraq Palas” adlı şadlıq sarayı tikib. Torpaq …
Read More »“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turunun qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turu yekunlaşıb və nəticələr məlum olub. Boyukmillet.com xəbər verir ki, turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678 – beynəlxalq əmsal), rusiyalı FIDE ustası Aleksandr Demyanjukla (2338) qarşılaşıb və görüş birincinin qələbəsi ilə başa çatıb. Azərbaycanlı qrossmeyster, turnirin ən …
Read More »Azay Quliyev və QHT Şurasının rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdilər
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin, Şuranın kollektivinin və QHT ictimaiyyətinin iştirakı ilə 96-cı doğum günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarı ziyarət olunub. Ziyarət zamanı Heydər Əliyevin məzarı üstünə tər güllər düzülüb, ruhuna dua oxunub.
Read More »Dərbəndin meri Xizri Abakarov şəhərin Azərbaycan icmasının nümayəndələrini hədələdi
Şəhər meri 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılmasını qadağan etdi Dərbənd şəhər meriyasının saytı aprelin 30-da mer Xizri Abakarovun şəhər məclisinin deputatları və ictimai fəallar ilə görüşü barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, tədbirdə Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının tikilməsi məsələsi də müzakirə edilib. Qeyd olunub ki, teatrın hazırki binası təhlükəsizlik tələblərinə cavab vermir, burada …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar