boyukmillet.com
. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu hazırda yalnız Ayaz Mütəllibova şamil edilir. Bir sıra təminatları var”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əkrəm Həsənov deyib ki, sabiq prezident büdcədən ayda pensiya və təmsilçilik xərcləri qismində 10500 manat pul alır. Üstəgəl dövlət onun avtomobilinin, sürücüsünün və 3 cangüdəninin xərcini çəkir.
“Hələ onu demirəm ki, həm özü, həm də arvadı Mütəllibov prezident seçilməzdən əvvəl və prezident olarkən etdiyi əməllərə görə məsuliyyətə cəlb edilə bilməzlər. Düzdür, arvadı bu imtiyazdan yalnız Mütəllibovun vəfatından sonra istifadə edə bilər (deməli, indi məsuliyyətə cəlb edilə bilər!). Həmçinin Mütəllibovun sağlığında dövlətdən aldığı məbləğin yarısını da alacaq. Çünki sözügedən Qanunun 1.2-ci maddəsində deyilir: “Bu Konstitusiya Qanununda “keçmiş Prezidentin arvadı (əri)” dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur”. Deməli, bu Qanuna əsasən (imtiyazlar kontekstində) prezident arvadı onun sağlığında müəyyən edilə bilməz. Mütləq ölməlidir!
Bu baxımdan da bir sual yaranır. Həmin Qanunun 10.3-cü maddəsində deyilir: “Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir”. Yuxarıdakı qeydi nəzərə alsaq, belə çıxır ki, Mütəllibovun arvadına diplomatik pasport da yalnız onun vəfatından sonra verilə bilər. İndi mənə maraqlıdır ki, Adilə Mütəllibovaya diplomatik pasport verilib, ya yox? Veirlməyibsə, deməli, Qanunu düzgün tətbiq ediblər. Verilibsə, Qanun pozulub. Pasport geri alınmalıdır”.