Cümə , 29 Mart 2024
Drone Cameras

İSBAM-ın təqdimatında “Vətən saatı”

       İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Fövqəlaqdə Hallar Nazirliyinin Akademiyasında “Vətən saatı” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, General-mayor Baba Salayev hərbi vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, Akademiyanın bu istiqamətdə mütəmadi işlər apardığını bildirib. Daha sonra “Vətən saatı” silsiləsinə aid kitabların müəllifi, yazıçı-publisist Azər Hacıbəyli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək  səviyyəyə çatdırılmış dövlət və ordu quruculuğu haqqında geniş məruzə etmişdir.

         İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli kursantlar qarşısında  çıxış edərək, gəncləri dövlətçilik mövqeyində və vətənpərvərlik ruhunda formalaşması üçün həyata keçirilən dövlət ideologiyası haqqında məruzə etdi. Hərbi vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlər haqqında tədbir iştirakçıları ilə fikirlərini İSBAM sədri fikirlərini bölüşdü. O, çıxışında xalqımızın taleyüklü məsələlərinin həlli istiqamətində gənclərin təhsillərinin daim artırılmasının da vacib şərtlərdən biri olmasını qeyd etdi. Tədbirdə iştirak edən İSBAM sədrinin müşaviri, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində medianın rolu ilə bağlı məruzə edib. O, çıxışında Kütləvi İnformasiya Vasitələrinin ideoloji fikrin formalaşmasında ciddi yer tutduğunu bildirərək, gənclərimizin zərərli fikirlərdən uzaq olub, milli ruhu təbliğ edən yazı və kitabları daha çox mütaliə etməyə çağırdı. Daha sonra tədbirdə iştirak edən Milli Qəhrəmanımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova çıxış edərək Azərbaycan Qəhrəmanlarının keçdiyi mübarizə yolunu gənclərimiz üçün gözəl örnək və əsl məktəb olduğunu qeyd etdi. “Alyans”  Xüsusi Xidmət Veteranlar Birliyinin üzvü, Şair-publisist Hamlet İsmayılov da kursantlar qarşısında çıxış edərək hər günün sonunda hər birimizin “Bu gün vətən üçün nə etdim?” deyə özümüzə sual verməli olduğumuzu bildirdi. O, çıxışının sonunda kitabından vətənpərvərlik ruhunu təbliğ bir parça şeirini iştirakçılar üçün səsləndirdi. Sonda Akademiyanın Rəisi General-mayor Baba Salayev belə uğurlu vətənpərvərlik ruhunu təbliğ edən lahiyələrin davamlı olaraq keçiriliməsinin vacibliyini qeyd etdi.

         Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının zabit, müəllim və kursant heyyəti iştirak etmişdir.

İSBAM mətbuat xidməti

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir