Cümə , 5 Dekabr 2025

Dünya

ÜST rəsmisi pandemiyanın başa çatması üçün əsas şərti açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç koronavirus pandemiyasının başa çatacağı tarixlə bağlı fikirlərini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının efirində danışıb. ÜST rəsmisi bildirib ki, pandemiya yalnız əhalinin kifayət qədər kütləvi immunitetinin malik olduğu halda dayanacaq. Melita Vuynoviçin sözlərinə görə, Avropa regionunda, o cümlədən Rusiyada son iki həftə ərzində yoluxma səviyyəsi təxminən …

Read More »

Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər

Alimlər hesab edir ki, tezliklə qlobal istiləşmə Yer kürəsində həyatı dözülməz hala gətirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Phys.org” saytı məlumat yayıb. Mütəxəssislərin fikrincə, insanlar artıq ABŞ-dakı Ölüm vadisindən Yaxın Şərqə və Hindistandan Böyük Səhraya qədər son dərəcə narahatedici temperaturlar yaşayır və heç bir tədbir görülməsə, planetin digər yerlərində vəziyyət daha da pisləşəcək. İqlim üzrə ekspert Zik Hausazer bildirib …

Read More »

BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb ki, bu da rekord göstəricidir. Boyukmillet.com xəbər verir ki, bunu çərşənbə günü BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari beynəlxalq təşkilatın Baş Assambleyasının Üçüncü Komitəsində çıxışı zamanı deyib. “Silahlı münaqişə və zorakılıq nəticəsində öz yerlərindən didərgin düşmüş insanların sayı dünyada indiyə qədər qeydə alınan ən yüksək göstərici olmaqla 48 …

Read More »

Naxçıvanda Qars müqaviləsinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunan yubiley tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Qars müqaviləsinin imzalanmasından 100 il ötür. Ümummilli liderimiz …

Read More »

Türkiyə baş konsulu Naxçıvanla əlaqələrdəki xidmətinə görə təltif edilib

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub. Qeyd …

Read More »

Əli Nağıyev: “Destruktiv əməllər müşahidə edilməkdədir”

Hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir. Bu barədə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev bildirib. Ə. Nağıyev aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Qeyd olunub ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə …

Read More »

Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək

“Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 min hektar ərazini əhatə edirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib. Bundan başqa, onun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub. “Rayon işğaldan azad edildikdən …

Read More »

Qubadlıda baramaçılıq və bağçılıq ənənələri bərpa ediləcək

Qubadlı rayonunda barama tədarükü məntəqəsinin, qurutmaxananın tikintisi planlaşdırılır, həmçinin meyvə bağlarının salınması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib. “Qubadlıda baramaçılıq və bağçılıq ənənələrinin bərpa edilməsi Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləridir. Vaxtilə rayonda barama bəslənilib, çox dəyərli ipək alınıb. Həmçinin meyvə istehsalı ilə bağlı böyük potensial var. Burada gələcəkdə istehsal olunan məhsullar ixracyönümlü ola bilər”, …

Read More »

Xameneyi Azərbaycan dilində facebook və twitter hesabı açdı – FOTO

Xameneyi Azərbaycan dilində facebook və twitter hesabı açıb. Azərbaycanda İranı təbliğ edən internet resurslarının fəaliyyətinə son verilməsi ilə paralel olaraq, İranın ali dini lideri Seyid Əli Xameneyi Azərbaycan dilində sosial media hesabları açdırıb.

Read More »

Türkiyə Ombudsmanı Ermənistanın törətdiyi cinayətlərlə bağlı hesabatı açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) tərəfindən hazırlanmış hesabatın təqdimatı ilə bağlı mətbuat konfransında iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə TİHEK rəhbəri açılış nitqi ilə çıxış edərək həmkarına və Azərbaycan xalqına Müstəqilliyinin Bərpası Günü ilə bağlı təbriklərini çatdırıb və hazırlanmış hesabat barədə danışıb. Daha sonra TİHEK tərəfindən …

Read More »