Dünya

Elxan Məmmədov: “Erməni şərhçi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edib”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Rusiyanın “Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına akkreditasiya ala bilməməsinə münasibət bildirib. Milli assosiasiya rəsmisi “Report”a açıqlamasında məsələdən xəbərdar olduğunu söyləyib. O, erməni şərhçiyə UEFA-ya müraciət etməsini məsləhət görüb: “Sualınız üçün təşəkkür edirəm. Əlbəttə, məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, AVRO-2020 UEFA-nın bayrağı altında …

Read More »

Emmanuel Makron sillələndi – VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib. “Boyukmillet.com xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər. Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib. Hadisəyə görə …

Read More »

Serbiyada silah fabrikində yenidən yanğın olub

Serbiyanın qərbində yerləşən Çaçak şəhərində silah fabrikində iyunun 7-də səhər saatlarında yenidən yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə “Sloboda” müdafiə sənayesi müəssisəsində qeydə alınıb. Qeyd edək ki, həmin müəssisədə daha əvvəl – iyunun 4-də də bir neçə partlayış və ardınca yanğın baş verib. Müdafiə naziri Neboyşa Stefanoviç bu müəssisənin 2021-ci ildə silah satışı üzrə xariclə 50 milyon avroluq …

Read More »

İtaliyada 100 nəfəri öldürmüş mafioz həbsxanadan vaxtından əvvəl buraxıldı

Siciliyanın “Koza Nostra” mafiya qruplaşmasının üzvü Covanni Bruska 25 illik həbs cəzasından sonra vaxtından əvvəl azadlığa çıxıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə CNN bildirib. “Başkəsən” ləqəbi almış Bruska 100-dən çox insanın, o cümlədən 14 yaşlı yeniyetmənin qətlə yetirilməsində iştirakını etiraf edib. Mafioz 1996-cı ildə həbs olunmuşdu. O, azadlıqdan ömürlük məhrumetmə cəzasına məhkum olunmuşdu. Cinayətkar ömürlük həbsinin 26 ilini hakim Covanni Falkonenin həlak olması ilə nəticələnən bomba partlayışına …

Read More »

İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı təqdim olunub

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. Boyukmillet.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının …

Read More »

Gülənin qardaşı oğlu saxlanıldı – FOTO

FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib. Bu barədə “TRT Haber” xəbər verir. Məlumata görə, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Səlahəddin Gülən FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş. Hazırda onunla bağlı araşdırma aparılır. (modern.az)

Read More »

Azİz rəhbəri: “İsrail-Azərbaycan əlaqələri mehriban qonşuluq ruhunda inkişaf etdiriləcək”

“İsrail və Azərbaycan xalqları arasında hər zaman qardaşlıq münasibətləri olub”. Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak deyib. Bakıda Səməd Vurğun küçəsində doğulub boya-başa çatdığını qeyd edən diaspor rəhbərinin sözlərinə görə, uşaqlıqdan ona yaxın qonşunun uzaq qohumdan yaxşı olduğunu deyiblər: “İsrail və Azərbaycan həmişə mehriban qonşular olub və ölkələr arasında münasibətlər bundan sonra da bu ruhda inkişaf etdiriləcək”. …

Read More »

İndoneziyanın Azərbaycandakı yeni səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İndoneziya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb.Boyukmillet.com-un xəbərinə görə Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki dost ölkə arasındakı siyasi, iqtisadi, mədəni münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə, xüsusilə turizm əlaqələri, regional vəziyyət, qarşıda duran vəzifələr, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında …

Read More »

Əhəd Abıyevdən narazı Daşkəsən rayonu sakinləri Prezident Administrasiyası önündə aksiya keçirdi

Mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib. Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edir, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildirirlər. Polis aksiyaya müdaxilə edib, etirazçılar Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb. Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyəti başçısını günahlandırıblar. “Kənd camaatı aciz vəziyyətdə qalıb. Öz pulumuza …

Read More »

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Boyukmillet.com tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. Qeyd edək ki, bu il …

Read More »