Bazar , 12 May 2024

Dünya

Kolumbiya mətbuatı ermənilərin Qarabağda basdırdığı minalardan yazıb

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə “Piyada əleyhinə minalar və törətdiyi faciələr haqda” başlıqlı yazı dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, yazıda Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər gətirilir, bu xüsusda Kolumbiyada gerilla …

Read More »

Mədəniyyət Nazirliyində kadr təyinatları olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib. 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm …

Read More »

Amerika “əfqan bataqlığından” çıxmaq istəyir – Bayden Talibanla gizli anlaşıbmı…

ABŞ Prezidenti Cozef Baydenin qərarına əsasən ABŞ ordusu birləşmələri mayın 1-dən etibarən Əfqanıstanı tərk edəcək. Plana əsasən proses sentyabra qədər davam edəcək. Sentyabrın 11-də, yəni 11 sentyabr olaylarının 20-ci ilinin tamam olduğu gün ABŞ ordusu qüvvələri Əfqanıstanı tərk etməlidir. Lakin belə görünür ki, ABŞ ordu komandanlığı prezident Baydenlə həmfikir deyil. ABŞ mediasının yazdığına görə, ordu komandanlığı qoşunların Əfqanıstandan çıxarılmasının bu …

Read More »

Koronavirusun Britaniya ştammı ABŞ-da geniş yayılır

ABŞ-da aparılan tədqiqatlara görə, hazırda koronavirusun Britaniya ştammı ölkədə daha geniş yayılıb. Boyukmillet.com “CNN”-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski Ağ Evdəki brifinqdə bildirib. O deyib ki, son məlumata görə B.1.1.7 varianta hazırda 16 275 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok …

Read More »

Mərkəz direktoru: “ABŞ-da pandemiyanın dördüncü dalğası başlayır, fəlakət yaxınlaşır”

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) direktoru Roşel Valenski Ağ evdə keçirilən iclasda ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başlanmasına dair xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, toplantıda ölkədəki epidemioloji vəziyyəti izah edən R.Valenski məruzədən kənara çıxaraq emosional danışmağa başlayıb. “Hazırda sadəcə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru olaraq deyil, həyat yoldaşı, ana və övlad olaraq danışıram. Xahiş edirəm, bir az daha …

Read More »

Niyə Çin pandemiyadan qurtuldu, biz yox? – Kimlər virusdan qoruna biləcək?

Bu pandemiyada ən yaxşısı yoluxmamaqdır! Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir. Yoluxduğu halda özünü izolyasiya edir, həkimə müraciət edir, lazımi müalicələri edir, panikaya düşmür. Boyukmillet.com xəbər verir ki, tanınmış radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev qeyd …

Read More »

Ombudsmandan əfv edilənlərə müraciət: “Prezidentin humanist addımından nəticə çıxararaq layiqli vətəndaş olsunlar”

“Prezidentin imzaladığı əfv sərəncamı 625 məhkuma şamil edilir”. Boyukmillet.com xəbər ki, bu sözləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib. “Bu, bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk”. O qeyd edib ki, müvəkkil tərəfindən 72 nəfər barəsində müraciət olunmuşdu: “Cənab Prezidentin sərəncamı ilə həmin şəxslər azadlığa …

Read More »

Naxçıvanın taleyini həll edən sazişin videosu ilk dəfə yayıldı – VİDEO

1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsinin və ya “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100-cü ildönümü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar illərdir Rusiya Dövlət Arxivində saxlanılan müqavilənin imzalanması görüntüləri ilk dəfə tirajlanıb. Qeyd edək ki, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması barədə razılıq ilk dəfə Moskva müqaviləsində əksini tapıb. Danışıqlarda Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinski də iştirak …

Read More »

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb. Boyukmillet.com xəbər verir ki, qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb. Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, artıq bir həftəyə yaxındır ki, qiymətlərdə artım olacağı ilə bağlı xəbərdarlıq edilib və satışda müəyyən qədər məhdudiyyətlər yaranıb. Belə ki, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 20 qəpik …

Read More »