ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinin (FDA) xarici ekspertlər komitəsi Birləşmiş Ştatlarda təcili olaraq “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus əleyhinə peyvəndini bəyənməyi tövsiyə edib. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Komitənin qərarına əsasən, peyvəndin üstünlükləri 16 yaşdan yuxarı böyüklər və daha yaşlılar üçün yoluxma risklərini azaldır. ABŞ koronavirusa yoluxma ilə bağlı qeydə alınmış hallarına sayına görə …
Read More »Dünyada məcburi köçkünlərin sayı açıqlandı
Dünyada müxtəlif səbəblərdən, o cümlədən silahlı qarşıdurmalar səbəbindən ev-eşiyini tərk etmiş insanların sayı 80 milyondan çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) tərəfindən dərc edilən hesabatda göstərilir. Hesabata görə, bu ilin əvvəlində dünya üzrə silahlı qarşıdurmalar, təzyiqlər, insan hüquqlarının pozulması səbəbindən yurd-yuvalarını tərk etmək məcburiyətində qalanlar 79,5 milyon, o cümlədən daxili miqrantlar 45,7 milyon, qaçqınlar 29,6 milyon, sığınacaq axtaranlar isə 4,2 milyon olub. …
Read More »Ekspert: “Ermənistanın əvvəlki səhvləri təkrarlamayacağına inam azdır”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-da yayımlanan “Eurasia Review” nəşrində “Ermənistanda hakimiyyət çəkişmələri xarici siyasət haqqında nə deyir?” başlıqlı məqaləsi yayımlanıb. Boyukmillet.com-un xəbərinə görə, məqalədə Vətən müharibəsində ağır məğlubiyyətə düçar olmuş Ermənistanda dərin siyasi böhranın başladığı və bu böhran fonunda ölkənin son 30 il ərzindəki xarici siyasətinə aid bəzi nüansların ortaya çıxdığı qeyd olunur. V.Hüseynov bildirir ki, Ermənistanın …
Read More »DİN: Karantini pozan 533 şəxs inzibati məsuliyyətə cəlb olunub
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 30-dan dekabrın 6-dək tarixlərdəkeçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub. Eləcə də bu müddətdə ictimai …
Read More »Bu gün Ermənistanda vətəndaş itaətsizliyi aksiyası keçiriləcək
Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan vətəndaş itaətsizliyi aksiyasına başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, həmin təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-dək möhlət verib. Ancaq müxalifət hesab edir ki, N.Paşinyan onların irəli sürdüyü ultimatumu qəbul etməyəcək. Ona görə də həmin siyasi qüvvələrə Ermənistanı iflic vəziyyətinə salmağı planlaşdırıblar. Onlar saat …
Read More »Hindistanda 848 nəfərdə naməlum xəstəlik aşkarlandı
Hindistanın cənubunda və digər ərazilərində naməlum xəstəliyə yoluxanların sayı artaraq 848 nəfərə yüksəlib Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, artıq 332 nəfər xəstəxanalardan evə buraxılıb. Hindistanın cənub hissəsinin sakinləri dekabrın 5-də naməlum xəstəliyin simptomları ilə xəstəxanalara müraciət etməyə başlayıblar. Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya əlamətləri müşahidə olunur. Pasiyentlərin koronavirus testlərinin nəticələri mənfi olub. Həkimlər …
Read More »Tramp: ABŞ-da seçkilər tamamilə saxtalaşdırılıb
ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirildi, seçkilər tamamilə saxtalaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp deyib. “Seçkilər saxtalaşdırılıb.Əgər siz müxtəlif ştatlara baxsanız, görəcəksiniz ki, seçkilər tamamilə saxtalaşdırılıb. Bu, bizim ölkəmiz üçün biabırçılıqdır. Bu, üçüncü dünya ölkəsinə oxşayır, bu bülletenlər hər yerdə heç kimin tanımadığı şəxsə aid cihazlardan istifadə ilə …
Read More »“Növbəti 4-5 ayda pandemiya ilə mübarizə çətinləşəcək” – Bill Qeyts
“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib. O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib …
Read More »ABŞ-ın koronavirus peyvəndi gələn həftə hazır olacaq
Amerikanın koronavirus əleyhinə yeni vaksini gələn həftə yerli tənzimləyicisi tərəfindən bəyəniləcək, sonra ölkədə əhalinin peyvənd edilməsinə başlanılacaq. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, belə əminliklə Corciya ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donalzd Tramp çıxış edib. “Və onlar (bəyənilmə) gələn həftə başlanacaq. Və biz vaksinləməyə başlayacağıq”, – dövlət başçısı deyib. Trampın fikrincə, onun administrasiyasının səyləri sayəsində ABŞ-da vaksinin hazırlanılması …
Read More »İraqın şimalında PKK terrorçuları zərərsizləşdirildi
Türkiyə Ordusu İraqın şimalında PKK terror qruplaşmasının bir neçə silahlısını zərərsizləşdirib. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının mövqeləri kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilib. Qara bölgəsində keçirilən hava əməliyyatı nəticəsində qruplaşmanın 4 terrorçusu məhv edilib. Nazirlik PKK-ya qarşı antiterror əməliyyatının effektiv və qətiyyətlə davam etdirildiyini vurğulayıb.
Read More »