Bazar , 28 Aprel 2024

Dünya

ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır

ABŞ-ın Miçiqan ştatı prezidentliyə namizəd Co Baydenin qələbəsi rəsmi olaraq təsdiqləyib. Bu barədə Boyukmillet.com  “CNN”ə istinadən xəbər verir. Qeyd olunub ki, Bayden ştatda hazırkı dövlət başçısından 150 min çox səs toplayıb. Bununla da, Bayden Miçiqan ştatında 16 seçici səsi alıb. Artıq demokratın keçid komandası yaxın günlərdə hazırkı prezident Donald Trampın administrasiyasındakı federal departament nümayəndələri ilə səlahiyyətlərin ötürülməsi ilə bağlı danışıqlara …

Read More »

Koronavirusa qarşı peyvənd Avropa bazarlarında müsbət ovqat yaradıb

Bu gün Böyük Britaniyanın “Astra Zeneca” əczaçılıq şirkətinin təqdim etdiyi koronavirusa qarşı peyvəndin orta hesabla 70 faizliki səmərəli olmasına dair xəbərlərdən sonra Avropa fond bazarlarında yüksəliş yaşanır. Boyukmillet.com xəbər verir ki, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,4 faiz artaraq 6.337,1 bəndə, Fransanın “CAC 40” indeksi 0,88 faiz artaraq 5544,39 bəndə, Almaniyanın DAX indeksi isə 1,09 faiz artaraq 13 280,8 bəndə …

Read More »

Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir. Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar. Hava şəraiti imkan …

Read More »

Nikol İrəvanda rus bayrağından imtina etdi – Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, fotolarda görüş zamanı yalnız Ermənistan bayrağı yer alıb. Sözügedən görüntüyə görə, sosial şəbəkələrin rus seqmenti Ermənistan hökumətini tənqid edib. “Rəsmi görüşdə bayrağın olmaması təhqirdir. Erməni tərəfi ədəb naminə …

Read More »

Erməni deputat: “Hakim fraksiyada Paşinyanın istefasını istəyənlər çoxdur”

“Hakim “Mənim addımım” fraksiyası üzvlərinin çoxu Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsini istəyir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ermənistanda çıxan “İrates” qəzeti yazıb. “Hakim “Mənim addımım” fraksiyasından 3 nəfər istefa versə, yaxud təşkilatdan çıxsa da, noyabrın 10-da təslimiyyət elan edildikdən sonra baş nazirin istefası ilə bağlı ciddi fikir ayrılığı var”, – “İrates” bildirib. Hakim fraksiyadan olan deputatlardan biri qəzetə bunları deyib: …

Read More »

Bayden Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldıra bilər

Yerli KİV-in məlumatına əsasən ABŞ-ın yeni prezidenti seçilmiş Co Bayden onu yeni dövlət başçısı kimi tanımadığına görə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası irəli sürəcəyini güman edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Bayden özü mətbuat konfransında bildirib. Mətbuat konfransında Baydendən rəsmi olaraq hakimiyyətin ötürülməsinə yaşıl işıq yandırması üçün lazım olan rəhbərlik və Baş Xidmətlər İdarəsinə qarşı məhkəmə iddiasının irəli …

Read More »

Rusiyada 4 nəfər yanaraq ölüb

Rusiyada ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Hadisə Xakasiya respublikasının Altay bölgəsində qeydə alınıb. Belə ki, özəl müəssisənin ərazisində baş verən yanğın nəticəsində dörd nəfər ölüb. İlkin ehtimala görə, yanğına səbəb elektrik avadanlıqlarının istifadəsindəki pozuntular olub. Hazırda faktla bağlı araşdırma aparılır

Read More »

Əfqanıstanda silahlılarının hücumu nəticəsində 10-dan çox polis ölüb

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində silahlıların hücumu nəticəsində komandir də daxil olmaqla, azı 12 polis ölüb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb. Telekanalın Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə baş verən hücumda azı 10 nəfər də yaralanıb. Ehtimal olunur ki, radikal “Taliban” qruplaşmasının silahlıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının postuna hücum ediblər.

Read More »

ÜST: Dünyada yenidən koronavirusa rekord yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 52,48 milyonu ötüb, virusdan 1,29 milyondan çox yaxın insan ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 52 487 476 insan koronavirusa yoluxub, 1 290 653 pasiyent ölüb. Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 628 136 yoluxma halı aşkarlanıb, 9 623 nəfər ölüb. Ən çox yoluxma …

Read More »

Prezident: “Qardaşımın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”

“Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik”. Boyukmillet.com xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki …

Read More »