Cümə , 10 May 2024

Dünya

Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək – DOSYE

Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək. Boyukmillet.com xəbər verir ki, general Muradov 1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonundakı Çinar kəndində anadan olub. Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O, 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad Ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının …

Read More »

İzmirdə zəlzələ olub

Türkiyənin İzmir bölgəsində, Egey dənizinin Kuşadası körfəzi sahillərində 4,8 bal gücündə zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Nəticədə 114 nəfər ölüb, 137 nəfər yaralanıb.

Read More »

Azərbaycanlılarla ermənilər Qarabağda birgə yaşaya bilərmi?

İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi? Bunun üçün, ilk növbədə, ermənilərin yerli mülki azərbaycanlılara Birinci və İkinci Qarabağ müharibələri zamanı davranışına diqqət edək. Həmin şəraitdə ermənilər qonşuları olmuş yerli azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlayıbmı? Birinci Qarabağa müharibəsi …

Read More »

Naxçıvan DTX Ermənistana aid yeni faktlar açıqlayıb

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi yeni fakt və siyahılarda “Suriyadan Ermənistana köçürülən ermənilər” və “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər”in adları var.  “Suriyadan Ermənistana köçürülən ermənilər” 5472 nəfərdən ibarətdir. “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər” isə 417 nəfərdir. “Suriyadan Ermənistana köçürülən ermənilər” və “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər”in adları ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq …

Read More »

İranda son sutkada rekord sayda insan yoluxub

İranda pandemiya başlayandan indiyədək son sutkada ilk dəfə olaraq 10 463 nəfər koronavirusa yoluxub. “Boyukmillet.com” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Bu rəqəm rekord göstərici sayılır. Onun sözlərinə görə, bundan əvvəlki göstərici 9 450 nəfər olub. Son sutkada virusdan 458 nəfər ölüb. Bundan əvvəlki maksimum göstərici 459 nəfər olub. Bununla da koronavirus qurbanlarının …

Read More »

Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp bir neçə ştatda səslərin yenidən sayılması ilə bağlı mübarizəsini davam etdirmək üçün bir neçə mitinq keçirməyi planlaşdırır. “Boyukmillet.com” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya ştatlarında yenidən sayım üçün komandalarının yaradıldığını elan etməyə hazırdır. Qeyd olunub ki, mitinqlərdə Tramp səs verdiyi iddia edilən, amma səsvermə …

Read More »

Putin nazirləri istefaya göndərdi

Rusiya prezidenti Vladimir Putin iki naziri istefaya göndərib. “Boyukmillet.com” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Belə ki, dövlət başçısının fərmanlarına əsasən, Rusiya Federasiyasının təbii ehtiyatlar və ekologiya naziri Dmitri Kobılkin və nəqliyyat naziri Yevgeni Ditrix vəzifələrindən kənarlaşdırılıblar.

Read More »

Azərbaycan bayrağı Tbilisidəki monitorlarda nümayiş etdirilir

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrində olan reklam monitorlarında Azərbaycan bayrağı nümayiş etdirilir. Boyukmillet.com xəbər verir ki, aksiya 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ölkənin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi yerində qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.

Read More »

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydendən kömək istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi …

Read More »