İranda dekabrın 28-də başlayan aksiyalara artıq Güney Azərbaycan şəhərləri də yavaş-yavaş qoşulmağa başlayıb. Boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, etirazlara əsasən Urmiya, Əbhər, Zəncan, Xoy, Marağa və qismən də Təbriz şəhəri qoşulub. Maraqlı məqam odur ki, etiraz aksiyaları zamanı azərbaycanlılar Azərbaycan dilində şüarlar səsləndiriblər. Marağadakı aksiyada isə etirazçılar “Azərbaycan oğluyam – Babəkin sərbazıyam” şüarlarını səsləndirib, millətçiliyin rəmzi olan Bozqurd …
Read More »İranda polisə atəş açıldı
İranda etirazçılardan biri ov tüfəngindən polis əməkdaşlarına atəş aşıb. Boyukmillet.com İRİB-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. Hadisə İsfahan vilayətinin Nəcəfabad şəhərində baş verib. “İştişaşların iştirakçısı Nəcəfabad şəhərində ov tüfəngindən polis əməkdaşlarına atəş açıb. Nəticədə, bir nəfər həlak olub, üç nəfər yaralanıv”, – məlumatda bildirilir.
Read More »Azərbaycan XİN-dən İrandakı hadisələrə reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib. APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır. Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və …
Read More »Trampdan İran hakimiyyətinə sərt SÖZLƏR: “Qəddar, korrupsioner”
İranda yaşanan hadisələri yaxından izləyən Amerika prezidenti Donald Tramp yenidən İran rejimini hədəf alıb. Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, Tramp şəxsi “Twitter” hesabında baş verən hadisələrə reaksiya verib. O, “İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı hücuma keçdi!” yazaraq Iran hakimiyyətini kəskin tənqid edib. D.Tramp paylaşımında ABŞ-ın eks-prezidenti Barak Obamanı da hədəf alıb. “Obamanın axmaqcasına verdiyi bütün …
Read More »ABŞ-dan dollarla bağlı – Son qərar
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25% – 1,25%-dən illik 1,50%-ə qədər artırıb. Boyukmillet.com Yenicag.az-aistinadən xəbər verir ki, bu barədə FED-in mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu, 2017-ci ilin iyunundan faiz dərəcəsinin artımı haqqında ilk qərardır. FED bundan əvvəl uçot dərəcəsini iki dəfə – martda və iyunda artırıb. Bununla da Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin …
Read More »Xamanei: “Üsyanı düşmənlərimiz təşkil edib”
İranın ali dini lideri Ayətullah Əli Xamanei ölkədə baş verən proseslərdən sonra ilk dəfə açıqlama verib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, ali dini lider rəsmi internet səhifəsində hadisələrə münasibət bildirib: “Düşmənlərimiz ölkədə üsyan qaldırdı. Müharibə olmasını istəyirlər. Üsyan qaldırmaq üçün pul, silah və casuslardan istifadə edirlər”.Qeyd edək ki, İranda sosial siyasətə qarşı etiraz edən minlərlə insan aksiyalar keçirir. …
Read More »Keçmiş erməni siyasi məhbus: “Ermənistanı “gəzəyən arvad” kimi damğalayıblar”
“Ermənistanda qeyri-müəyyənlik yoxdur. Burda hər şey həll olunub. Kriminal oliqarxiya da özünə möhkəm yer edib. Hakimiyyət isə irsən ötürülməyə başlayıb”. Muavat.com xəbər verir ki, bu sözləri Lragir.am saytına müsahibəsində keçmiş deputat və siyasi məhbus Azat Arşakyan söyləyib. Onun sözlərinə görə, ilk növbədə özümüzə belə bir sual vermək lazımdır ki, “erməni xalqı öz ölkəsində hakimiyyət formalaşdırmaq imkanındadırmı?” Arşakyan bunu istisna edir: …
Read More »Ermənilər üçün darıxan əməkdar mühəndis vә baş redaktor
Bu gün Azərbaycan Respublikasının əməkdar mühəndisi Tofiq Qəhrəmanov Bakı və bakılılar haqqında öz təsuratlarını yazıb. O, “ürək sözləri”ni rus dilli saytlardan birinin redaktorunun xahişi ilə yazdığını bildirib. Uzun müddət bu mövzuya toxunmaq istəyirdim, lakin hər dəfə əlim gəlmirdi, açığını desəm, buna qərar verə bilmirdim. Qələminə hörmət etdiyim Rəhman Hacıyevin (1news.az saytının baş redaktoru-red.) xahişi mənim üçün böyük impuls (güc) oldu …
Read More »Elməddin Behbud: QHT ölkə sərhədlərindən kənarda Azərbaycanın adına utanc gətirəcək çıxışlardan çəkinməlidir
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Elməddin Behbudu həm mediadan, həm də QHT sektorundan hamı tanıyır. Səbri və səmimiyyəti, davranışı və istedadı ilə sözün əsl mənasında nümunə olacaq Azərbaycan türküdür. Boyukmillet.com həmin müsahibəni təqdim edir – Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu …
Read More »İranı bürüyən etirazlarda qan töküldü, ölənlər var
Dekabrın 28-dən etibarən İranı bürüyən kütləvi etirazlar davam edir. Boyukmillet.com xarici KİV-lərə istinadən xəbər verir ki, etirazlar paytaxt Tehranda da baş qaldırıb və polislə toqquşmalar, hökumət binalarına hücum cəhdləri ilə müşaiyət olunub. “Reuters”in bildirdiyinə görə, Dorud şəhərində polis iki nümayişçini güllələyib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən iki gənc qan içində yerdə uzanıb, kadr arxasından səs isə bildirir ki, onlar polisin …
Read More »