Şənbə , 18 May 2024

Dünya

İbrahim Kalın: “Qarabağ gec-tez azad olacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məsələni çox gözəl şəkildə ümumiləşdirdi: “Atəşkəs istəyənlər Ermənistana silah göndərirlər”. APA-nın məlumatına görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın şəxsi “Tvitter hesabında bildirib. O qeyd edib ki, diplomatiya adı altında işğala davam etməyə çalışanların səyləri boşa çıxacaq: “Qarabağ gec-tez azad olacaq. Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək”.

Read More »

Ermənistan təyyarələri Rusiyadan silah daşıyır

Son bir neçə gün ərzində Ermənistana aid nəqliyyat-yük təyyarələri bir-birinin ardınca Rusiya aeroportlarına enir. Boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Ovçunun qeydləri” (“Zapiski oxotnika”) adlı teleqram kanalının aparıcısı təyyarələrin uçuşunu radar məlumatlarına əsasən online rejimdə izləməyə imkan verən “Flightradar” xidmətinin məlumatlarına əsasən bildirir. “Hazırda mənim təsdiqləmmiş informasiyama görə Ermənistan Hərbi Hava Qüvvələrinin EK-76345 nömrəli (əvvəlki bort nömrəsi 76310 olub, …

Read More »

Ermənistanın çöküş mənzərəsi – Əsgərlərin döyüşdən qaçmaması üçün bu yola əl atdılar

Ölkəmizin Ermənistan tərəfindan işğal olunan Dağlıq Qarabağ torpaqlarını azad etmək üçün başlatdığı əks-hücum əməliyyatı böyük uğurla davam edir. Məlumata görə, erməni ordusundakı əsgərlərin tez-tez döyüşlərdən qaçdıqları xəbərləri gündəmə gəlir. Ermənistan ordudan yayınmanın qarşısını almaq üçün bu dəfə kahinləri cəlb edib. Ermənilər bu üsulla döyüşmək istəməyən əsgərləri motivasiya etməyə çalışırlar. Kahinlər ayinlərlə cəbhəyə gedən əsgərlərə xeyir-dua verir. Ermənistanın rəsmi Tvitter hesabından …

Read More »

Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” – FOTO

Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb. Bunun üçün bir sıra tələblər irəli sürülüb. Maraqlı burasındadır ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Belə ki, könüllər rus, ingilis və Azərbaycan dillərini (ən pis halda, heç olmasa bunlardan biri – S.M.) yazılı şəkildə bilməlidir. Həmçinin, azərbaycanca sərbəst şəkildə bilən mütəxəssislərə ehtiyac olduğu bildirilib. Erməni könüllərdən xarici …

Read More »

İlham Əliyev: “Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır?”  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər …

Read More »

“İctimai Liderlər Platforması”nın üzvlərindən dünya lidelərinə MÜRACİƏT

“İctimai Liderlər Platforması”nın üzvləri Ermənistanın növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması haqqında ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Boyukmillet.com sözügedən müraciəti təqdim edir: “Hörmətli prezidentlər, Bildiyiniz kimi, sizin birbaşa təşəbbüsünüzlə Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatların humanitar atəşkəs zəminində dayandırılması haqqında oktyabrın 10-u, 18-i və 26-da Ermənistan və Azərbaycan …

Read More »

İlham Əliyev: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?”

“Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndürə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”, – ölkə başçısı söyləyib.

Read More »

Prezident: “Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram”

“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, – Prezident vurğulayıb.

Read More »

Hikmət Hacıyevdən erməni tərəfinin yayıb sildiyi foto ilə bağlı açıqlama

Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici …

Read More »

Ermənistanın Daşkəsəni atəşə tutuması nəticəsində meşədə yanğın başladı

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub. Boyukmillet.com xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Read More »