Cümə , 17 Yanvar 2025

Dünya

İsmayıl Ağayev: “Prezident yalnız ünvanı deyil, həm də həmin dairələrin niyyətini açıqladı”

“Bu sahədə ermənilərlə mübarizə aparacaq səviyyədə diaspor təşkilatlarımız formalaşıb” Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı Azərbaycana təzyiqlərin hansı ünvandan gəldiyini göstərib: “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin …

Read More »

Azərbaycanlı müəllimlər etiraz aksiya keçirdi – Təbrizdə

Təbriz şəhərində təqaüdçü müəllimlər Beynəlxalq Müəllimlər Günündə etiraz aksiyası keçiriblər. Boyukmillet.com xəbər verir ki, etiraz aksiyası Şərqi Azərbaycan Təhsil Şöbəsinin binası qarşısında baş tutub. Müəllimlər təqaüdlərinin gecikdirilməsi, müəllimlərlə digər peşə sahiblərinin təqaüdləri arasında olan ciddi fərq, məişət problemləri və s. kimi məsələlərə etiraz ediblər. Etirazçılar üzərində “Həbsdəki müəllimləri azad edin”, “Korrupsiya azalarsa, bizim problemimiz öz həllini tapar”, “Yoxsulluq həddi 4 milyon …

Read More »

Putindən Kürdüstan açıqlaması: Sanksiya tətbiq edilsə…

İraq Kürd Muxtariyyətinə neft sanksiyası tətbiq etmək qiymətlərin yüksəlməsinə səbəb olacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya enerji həftəsində çıxışı zamanı deyib. “Sanksiya tətbiq edilməsi qlobal enerji bazarlarına təsir edəcək, qiymətlər yüksələcək. Bununla maraqlananların sayı çox azdır. Real həyatda baş verəcəklərə daha diqqətlə baxmaq lazımdır. İstənilən təklif vəziyyəti provakasiya etməməlidir”, – Putin bildirib. Qeyd edək …

Read More »

Bərzani çətin durumda: Qərb imkan verməyəcək…

İndiki şəraitdə Şimali İraqda qanunsuz keçirilən referendumun region dövlətlərinin son dərəcə ciddi müqaviməti ilə üzləşməsi bu ideyanın gerçəkləşməsini mümkünsüz edir. Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, əslində Kürdüstan adlı dövlətin yaradılması ideyası istər Qərb, istərsə də əvvəl Çar Rusiyası, sonra isə Sovetlər Birliyi tərəfindən mütəmadi şəkildə müxtəlif məqsədlər üçün dəfələrlə ortaya atılıb və bu istiqamətdə 100 …

Read More »

Rusiya hərəkətə keçir: Patruşevin Bakı səfəri…

Nikolay Patruşevin Bakı səfəri göstərdi ki, iki ölkə arasındakı münasibətlərdə çox etibarlı dəhlizlər mövcuddur və onların fəaliyyətinə böyük ehtiyac var. Bu sözləri Axar.az-a Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, səfər haqqında çox lakonik məlumatlar yayılsa da, təhlükəsizliyin güclənməsi məsələsi ön planda olub: “Bölgəmiz turbulent regionlara çox yaxındır və həmin …

Read More »

150 ildən bir təkrarlanan hadisə – Bu gün olacaq!

Bu ilin oktyabrn 5 və 18-də unikal hadisə – “Planetlərin paradı” baş verəcək. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu paradın müşahidəsi üçün teleskopa ehtiyac olmayacaq. Astroloqların sözlərinə görə, bu qeyri-adi hadisəni ən yaxşı Sankt-Peterburqdan görmək mümkün olacaq. Qeyd edək ki, oktyabrın 5-də Venera və Mars, 18-də isə Merkuri və Ayı rahat şəkildə görmək imkanı yaranacaq. Nadir astronomik görüntünü tarixdə 150-170 ildə …

Read More »

Məxfi razılaşma: Putin krala 3 milyardlıq silah satır

Rusiya Səudiyyə Ərəbistanına S-400 zenit raket komplekslərini sata bilər. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet artıq Kremlin Səudiyyə kralı ilə imzalanması üçün 3 milyard dollarlıq silah müqaviləsi hazırladığını bildirib. Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Moskvaya gəlib. O, oktyabrın 7-nə qədər Moskvada olacaq.

Read More »

Perinçək: “Kərkükü Türkiyəyə birləşdirsək…”

ABŞ-la İsrail artıq Yaxın Şərqdə uduzublar. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Ulusal” televiziyasına müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib. “Cənubumuzda dövlətlər birləşir. Yeni dünya qurulur. Bölgədə ABŞ-la İsrail uduzub. ABŞ-ın Yaxın Şərqdə məzhəb savaşları yaratmaq istəyi baş tutmadı. Türkiyə zamanında İraq Kürd Muxtariyyəti ilə bağlı lazımlı addımları atsaydı, referendumun qarşısını ala bilərdi. Biz aylar əvvəl hökumətə xəbərdarlıq …

Read More »

Nazirdən pensiyalarla bağlı açıqlama: İlin sonunadək…

Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq. Bunu Report-a açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib: “Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək …

Read More »

Efir məkanında yeni kanal: sabahdan…

Azərbaycanın ilk musiqili internet televiziyası olan Muz TV Azərbaycan peyk yayımına başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı telekanalın mətbuat xidməti yayıb. Televiziyayla “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal sabahdan etibarən “Azərspeys-1” (“Azerspace-1”) peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq. Xatırladaq ki, Muz TV 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.

Read More »