Cümə , 19 Aprel 2024
Drone Cameras

IMF: Yaxın 5 ildə Azərbaycan iqtisadiyyatı 48% artacaq

Azərbaycanda ÜDM-in həcmi 2022-ci ilə qədər tarixi maksimal səviyyə – 2014-cü ilin analoji göstəricisinə çata bilməyəcək. 

“Report” xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatında artım yumşaq templə davam edərək 58,18 mlrd. ABŞ dollarına çatacaq. Lakin bu, ÜDM-in 2014-cü ildəki tarixi rekord səviyyəsi – 75,19 mlrd. dollardan hələ də 22,6% azdır.

IMF-in proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi 39,21 mlrd. dollar, 2018-ci ildə 42,81 mlrd. dollar, 2019-cu ildə 46,2 mlrd. dollar, 2020-ci ildə 49,81 mlrd. dollar, 2021-ci ildə 53,72 mlrd. dollar, 2022-ci ildə 58,18 mlrd. dollar təşkil edəcək. Yəni yaxın 5 ildə Azərbaycanda ÜDM-in həcmi 48,3% artım göstərəcək.

IMF-in hesabatına əsasən, 2017-ci ildə ÜDM 1% azalacaq. Gələn ildən etibarən isə iqtisadiyyatda artım başlayacaq və 2018-ci ildə real ÜDM 1,3%, 2019-cu ildə 3%, 2020-ci ildə 2,6%, 2021-ci ildə 3%, 2022-ci ildə 3,1% artacaq. Yaxın 5 ildə Azərbaycanda ÜDM-in artım tempi inkişaf etməkdə olan ölkələrin analoji orta artım tempindən geri qalacaq.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir