Cümə , 12 Dekabr 2025

Dünya

Bal yarmarkasında “bal kimi” qiymətlər – REPORTAJ

Bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 336 arıçı iştirak edir və satışa 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm bal, 850 kq çiçək tozu, 35 kq arı südü çıxarılıb. Bu da ötən illə müqayisədə daha çox məhsulun satışa təqdim edilməsi deməkdir. Belə ki, 2016-cı ildə yarmarkada 254 arıçı iştirak …

Read More »

Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə öldü

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. Boyukmillet.com Report-a istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Read More »

Ermənistan Rusiyanın ən çox maliyyə yardımı etdiyi ölkələr siyahısında

Ermənistan Rusiyanın ən çox maliyyə yardımı etdiyi üç dövlətdən biridir. Boyukmillet.com Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xalq Təsərrüfatı Elmlər Akademiyası və Prezident yanında Dövlət Xidmətinin əməkdaşları Yuri Zaytsev və Aleksandr Knobelin “Vedomosti” nəşrindəki hesabatında vurğulanıb. Hesabata əsasən, ötən il Rusiya Qırğızıstan Respublikasına 323 milyon dollar, Ermənistana 37,3 milyon dollar Tacikistana isə 21,7 milyon dollar maliyyə yardımı edib. 

Read More »

Ərdoğan Serbiyadan ABŞ-a sərt mesaj verdi: “Bizim XİN rəhbəri ilə görüşmürlər, o səfiri bir dəqiqə belə saxlamağınız…”

10 Oktyabr 2017 [16:56] Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada ABŞ-la viza qalmaqalı ilə bağı önəmli açıqlamalar verib.   Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan gərginliyi Amerikanın başlatdığını deyib:    “Əvvəlcə deyim ki, bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çini məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki …

Read More »

“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? – VİDEO

Keçən il İstanbulda azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı. Görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb. Həmin hadisənin təfərrüatına gəldikdə, hadisənin pul üstündə baş verdiyi ehtimal edilir. Mətbuatda qeyd edilib ki, Eyvazov daha öncə …

Read More »

Dünya futbolunda rekord: Futbolçu bir oyunda 21 qol vurdu

Futbol üzrə İsveç çempionatında dünya rekordu təzələndi. “Eskilstuna” – “Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb. Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb. O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: “10-cu qoldan sonra hesabı itirmişdim. Matçdan sonra eşidəndə ki, 21 qol vurmuşam, özüm də inanmadım. Birinci divizionda çıxış edən “Erbru”nun …

Read More »

“Azercell”dən Cocuq Mərcanlı xəyanəti – Mobil şirkət Azərbaycan torpağını “satdı” – FOTO

“Azercell” Azərbaycan torpağını İran ərazisi kimi təqdim edir. Boyukmillet.com  xəbər verir ki, bu,yenicag.az-ın əməkdaşının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı bəlli olub. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olan bu kəndə daxil olar-olmaz telefona “İrana xoş gəlmisiniz” mesajı gəlir. Bu azmış kimi “Azercell” müştəriyə öz doğma yurdumuzda rouminq xidməti də təklif edir. Məsələ burasındadır ki, …

Read More »

Türkiyənin baş naziri ABŞ-a “Viza qalmaqalı” ilə bağlı belə mesaj verdi: “Sizdən icazə almalıyıq?!”

10 Oktyabr 2017 [13:48] “Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qəbul edilən qərar ABŞ-a yaraşmayan davranışdır. Bu, müttəfiqlik münasibətlərinə zidd addımdır. Hisslərlə verilmiş qərarlara dövlət idarə edilməz”.   Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyük Millət Məclisindəki qrup yığıncağında deyib.    Baş nazir qərardan çox təəssüfləndiyini dilə gətirib və bildirib ki, dövlətlər arasındakı problemlər …

Read More »

Azay Quliyev dörd beynəlxalq təşkilatın xüsusi əlaqələndiricisi təyin olundu

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə edəcək. Boyukmillet.com xəbər verir ki, Azay Quliyev bu məqsədlə oktyabrın 10-da Qırğızıstana səfər edəcək. Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına …

Read More »

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi – Qalmaqallı nəşriyyatda daha bir biabırçılıq/ FOTO

10 Oktyabr 2017 [14:34] 10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu haqda jurnalist Rəşad Süleymanov məlumat yayıb:   “”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə bizə sırıyır. Bilməyənlərin diqqətinə çatdırım ki, bu foto erməni snayperinin fotosudur. “Azatutyun” çəkib.”   Qeyd …

Read More »