Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Zakir Həsənovdan təqdirəlayiq addım- O, ERMƏNİSTAN NÜMAYƏNDƏSİNİN YANINDA YER ALMAMAQ ÜÇÜN PROTOKOL QAYDALARINI POZDU (FOTO)

Tacikistanın paytaxtı Düşənbədə müdafiə nazirlərinin görüşü keçirilib.  

Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistanın müdafiə nazirinin köməkçisi Artak Zakaryanın qatıldığı görüş onun hərəkəti ilə yadda qalıb.

Belə ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistan nümayəndəsinin yanında yer almamaq üçün protokol qaydalarını pozub və bayrağın digər tərəfində dayanıb.

Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının iclasında da Z.Həsənov Ermənistan müdafiə naziri Viqen Sarkisyanla yan-yana dayanmaqdan imtina edib, həmçinin, bu addımı ilə Azərbaycan bayrağının tam şəkildə görünməsinə şərait yaradıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir