Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulmuşdur. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə …
Read More »Uğurlu müharibə Azərbaycan diasporunun Prezidentlə həmrəylik hərəkatına yeni təkan verdi
“Rusiyadakı diaspor fəallarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir”Rusiyadakı soydaşlarımızın bu ovqatı ilə bağlı həmin ölkənin Kirov şəhərindəki Azərbaycan diasporunun lideri, “Birlik” cəmiyyətinin sədri Osman Alıyevin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün nəinki Rusiyadakı, eləcə də bütün dünyadakı soydaşlarımızın ürəyi Azərbaycanla vurur: “ Azərbaycanda hazırda tariximizin ən şərəfli səhifəsi yazılır. Biz itirilmiş torpaqlarımızı geri qaytarmaqla yanaşı, …
Read More »Ermənistan 84 yaşlı erməninin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlama yayıb. Boyukmillet.com- un xəbərinə görə, açıqlamada deyilir: Məlumat verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı …
Read More »Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə Cenevrədə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Anna Nağdalyan feysbuk səhifəsində bildirib. Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya, Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu günə təyin olunmuş görüşləri ərəfəsində dünən Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair fikir mübadiləsi aparılıb.
Read More »Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə həlak olub. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.
Read More »Ermənistanın dinc əhaliyə qarşı törətdikləri ilə bağlı 52 cinayət işi başlanıb
Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 52 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev brifinqdə deyib. Bu cinayət işlərindən 39-u dinc əhaliyə hücumlar, 5 cinayət işi muzdluların döyüşməsi, 1 cinayət işi vurulmuş zərərlə bağlıdır. “Həmçinin DTX və Hərbi Prokurorluqda da əlavə cinayət işıəri başlanılıb”.
Read More »Cenevrə görüşü mətbuata qapalı olacaq
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb. Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb. Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi …
Read More »Ərdoğandan Putinə KRİTİK QARABAĞ TƏKLİFİ: Rusiya ilə birgə… – GİZLİ DETALLAR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib. Bu barədə “CNN Türk”Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur. Qeyd …
Read More »Pandemiyanın daha tez başa çatacağı ölkə açıqlanıb
İsveç koronavirus pandemiyasına son qoymaq üçün lazım olan 60-70%-lik immunitet “təbəqəsinə” çatan ilk ölkə ola bilər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib. “Hər kəsin nümunə gətirdiyi İsveçi qeyd edərdim. Əla mənzərədir: virus sərbəst buraxılıb. Bu, epidemiyanın özü dayanan zaman immunitet “təbəqəsinə” tez çatmaq üçün yaxşı prinsipdir. Onlar yavaşlamamağa, tam sürətlə getməyə …
Read More »Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir. Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar