Bazar , 7 Dekabr 2025

Dünya

Prezident: “Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram”

“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, – Prezident vurğulayıb.

Read More »

Hikmət Hacıyevdən erməni tərəfinin yayıb sildiyi foto ilə bağlı açıqlama

Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici …

Read More »

Ermənistanın Daşkəsəni atəşə tutuması nəticəsində meşədə yanğın başladı

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub. Boyukmillet.com xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Read More »

Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.  Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, …

Read More »

Ermənilər Şuşaya PKK terrorçularını gətirib

Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib. Boyukmillet.com-un un məlumatına görə, bu barədə “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən xəbər verilib. Qeyd olunub ki, PKK terrorçuları Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək. Qeyd edək ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli …

Read More »

Erməni Ombudsmanı azərbaycanlı hərbi əsirlərin öldürüldüklərini etiraf edir?

Oktyabrın 22-də BBC radiosunun rus xidmətinin saytında Marina Katayevanın Xankəndidən hazırladığı məqalə dərc olunub. Məqalənin əvvəlində deyilir: “BBC-nin rus xidmətinin komandası elan olunmuş atəşkəs şəraitində insanların necə yaşadıqlarını öyrənmək üçün Dağlıq Qarabağın paytaxtına qayıdıb”. Jurnalist Dağlıq Qarabağın erməni əhalisinin ağır müharibə şəraitində çəkdiyi əzabları təsvir edir. Sonra isə yerli Ombudsman Artak Beqləryanın işindən yazır. Məqalədə Beqləryanın azərbaycanlı hərbi əsirlərə göstərdiyi …

Read More »

Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi – FOTO

Həyata sevgi və gələcəklə bağlı böyük xəyallara malik olan belə yaraşıqlı 13 yaşlı gənc bəy Ermənistanın Gəncəyə raket zərbəsindən sonra 17 oktyabrda ağır yaralanan Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviçdir. O, xalasıgilə qonaq getmişdi. Bu gün həlak olub. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Read More »

Ceyhun Bayramov “Washington Post”a açıqlama verib

“Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri Gəncəyə erməni “SCUD” raketləri atılıb. Hücum gecə vaxtı yaşayış binaları və günahsız ailələri hədəf alıb. Hadisə nəticəsində on dörd mülki şəxs həlak olub, 40 nəfər isə ağır yaralanıb”.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın “Washington Times” qəzetinə deyib. “Bu ikinci hücum üçüncü də ola bilərdi. Ötən həftə hərbi kəşfiyyat …

Read More »

QHT-lər Qarabağa muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı BMT-yə müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında BMT-nin İnsan Hüquqları Şurasının prezidenti, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi, İnsan hüquqlarını pozma və xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə muzdlulardan istifadə məsələləri üzrə İşçi Qrupunun sədri, Terrora qarşı mübarizə zamanı insan hüquqlarının təşviqi …

Read More »

Ərdoğan: “Türkiyə də Rusiya ilə birgə sülh danışıqlarında olmalıdır”

“ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Əslində, bu məsələdə Rusiyanın mənfi münasibəti yoxdur. Rusiyanın da Türkiyə ilə …

Read More »