Çərşənbə axşamı , 21 May 2024

Dünya

Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Böyük Britaniya və Şimali İrlandiyanın Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, orkestrlərin çıxışlarını Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri …

Read More »

Ən bahalı futbolçular – Neymar 1-ci, Ronaldo 11-ci

İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularını açıqlayıb. Trend-in məlumatına görə, Mərkəzin tərtib etdiyi siyahıya əsasən, Braziliya yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymarın transferi 210,7 milyon avro dəyərləndirilir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq “Tottenhem”dən Dele Alli (155,1 milyon avro) və Harri Keyn (153,6 milyon) gəlir. Neymarın komanda yoldaşı Lionel Messi isə 4-cüdür – 151,7 milyon. …

Read More »

Dünyanın ən böyük saatı Moskvada quraşdırılacaq

Moskvada dünyanın ən böyük saatı quraşdırılacaq. Trend-in məlumatına görə, gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün kino-konsert zalının tikilməsi planlaşdırılır. Layihəyə uyğun olaraq zalın üzərində isə saat quraşdırilması nəzərdə tutulub. Zalın üzərində ucaldılacaq saatın diametrinin 64 metrə bərabər olacağı barədə bildirilib. Bu göstərici isə ən maksimum olduğu üçün Ginnesin rekordlar kitabına daxil ediləcək.

Read More »

Tovuzda 6 kəndi dolu vurdu – Sakinlərə dəymiş ziyan hesablanır

Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub. Bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıxheybət, Muncuqlu, Qoşa, Pələkli və Çataq kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır. İcra Hakimiyyətindən bildiriblər ki, …

Read More »

Banqladeşdə yağışda “boğulanların” sayı 46 nəfərə çatdı

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub. Trend-in məlumatına görə, yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib. Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda …

Read More »

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib

Heydər Əliyev Fondu Cibuti Republikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib. Fonddan Trend-ə verilən məlumata görə, bununla bağlı Cibuti Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi xəstəxanasında tibbi avadanlıqların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub …

Read More »

Nazir: Qobustan Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub

Keçən il Qobustan Milli Tarix Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, Qobustana gələn turistlərin sayı ötən dövrlərə nisbətən xeyli çoxalıb: “Bu gün paleolit dövründən qalan qayaların üzərində yazılan yazılar, rəsmlər dünyada çox nadir hallarda tapılır. Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. …

Read More »

Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib

İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib. Dövlətimizin başçısı deyib: “Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə …

Read More »

Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib

Bu gün energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib. Trend-in məlumatına görə, vida mərasimi Bakı Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak ediblər. Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub. Mərhum nazir N.Əliyev II Fəxri xiyabanda dəfn olunub.

Read More »

İtalyan tədqiqatçı-jurnalist Nalbandyanın bəyanatlarını alt-üst etdi

Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə ixtisaslaşan italyan tədqiqatçı-jurnalist Ciorcia Pilar Ciorci İtaliyaya səfəri zaman Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana İtaliya Xarici İşlər Nazirliyində və İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş suallara cavab olaraq erməni nazirin səsləndirdiyi bəyanatlara münasibət bildirib. İtaliyanın “eurasianews.it” və “russianews.it” xəbər saytlarında dərc olunmuş “Ermənistanın xarici işlər nazirinin İtaliyaya səfəri …

Read More »