Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: “Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən …
Read More »Kamran Əliyev: Hazırda korrupsiya ilə bağlı 112 cinayət işinin istintaqı aparılır
Bu ilin 5 ayı ərzində Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsində korrupsiya faktı ilə bağlı 73 cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 112 cinayət işinin istintaqı aparılır.
Read More »Türkiyə prezidenti Qətərin təcrid olunmasını pisləyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin ətrafında yaranan siyasi qalmaqalı şərh edib. Trend-in türk KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti ərəb ölkələrinin Qətərə qarşı göstərdiyi münasibəti pisləyib və tərəfləri dialoqa çağırıb. Ərdoğan bildirib ki, baş verən hadisələr regiondakı bütün ölkələrə ziyan vuracaq. Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində …
Read More »Bakıda turistlər qutab bişirdilər
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Karvansara Restoran Kompleksinin birgə layihəsinə start verilib. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin gerçəkləşdiyi ilk gün Kompleksə gələn 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib. Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz …
Read More »Lavrov: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər. Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib. S.Lavrov bildirib: “Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər …
Read More »“Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür” – Zakir Qaralovdan açıqlama
“Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, bunu bu gün baş prokuror Zakir Qaralov bildirib. Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: “Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. …
Read More »Türkiyədən şok iddia : “8 min əfqan İran vasitəsi ilə Qarabağa gətirilib”
Beynəlxalq Əsassız Erməni İddiaları İlə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy Ermənistanın 8 min muzdlu Əfqan əsgərini 5 illiyinə öz ordusuna dəstək olmaq və Qarabağda sərhədləri qorumaq üçün gətirdiyini iddia edib. Boyukmillet.com xəbər verir ki, aprel döyüşlərindən sonra Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xidmət etmələri üçün muzdlu əfqan əsgərlərini ölkəyə gətirdiyini deyən Gülbəy daha sonra sözlərinə belə davam edib: “Azərbaycanın …
Read More »Bakıda üzərində terror təşkilatı PKK-nın bayrağı və qondarma “Kürdüstan”ın xəritəsi olan hərbi geyimlər satılır
Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır. Avropa.info xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir. Ancaq onu …
Read More »Bakı Metropoliteni 50 illiyini qeyd eləyir
Bakı Metropoliteninin xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə fərqlənən yeni qatar buraxılıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trtend-ə açıqlamasında bildirib ki, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər tətbiq edilib: “Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr …
Read More »5 iyun “Ümumdünya ətraf mühit günü”dür
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, bu problemin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
